Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Karlovı Varıda mənzili olan məşhurlarımız...


Çexiyanın məşhur kurort şəhərciyi Karlovı Varıdakı daşınmaz əmlakın az qala yarısı Rusiya, Azərbaycan, Ukrayna və Qazaxıstan vətəndaşlarına məxsusdur


 Bu barədə “Açıq Rusiya” təşkilatının saytı yazıb.

Mənbənin verdiyi məlumata görə, Boris Nemtsovun iştirakı ilə 2014-cü ildə yaradılmış “Bələdiyyə skaneri” korrupsiya əleyhinə könüllülər layihəsi məsələ ilə bağlı öz araşdırmasını aparıb.

Layihə iştirakçıları Çexiyanın daşınmaz əmlak və ticarət reyestrinin köməyi ilə şəhərdəki bütün ünvanları analiz ediblər. Nəticədə, məlum olub ki, əmlakın təxminən 50%-i keçmiş SSRİ respublikaları olan ölkələrin – Rusiyanın, Ukraynanın, Azərbaycanın, Qazaxıstanın və Qırğızıstanın vətəndaşlarının payına düşür.

Tədqiqat zamanı bəlli olub ki, Karlovı Varıdakı elit daşınmaz əmlak sahibləri arasında Azərbaycanda tanınmış simalar da var. Belə ki, burada Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin, onun deputat qardaşı, Milli Məclisin üzvü Cavanşir Paşazadənin də adlarına rast gəlmək mümkündür.

Karlovı Varının mərkəzində Milli Məclisin daha bir deputatı – Adil Əliyevin də daşınmaz əmlakı mövcuddur.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinın Daxili İstintaq Baş İdarəsinin rəisi, general Sahib Mirzəyevin də Çexiyanın kurort şəhərciyi olan Karlovı Varıda daşınmaz əmlakı barədə məlumat yayıb.

Saytın məlumatına əsasən, generalın dəbdəbəli evi Koptova 1191/5, 360 01 Karlovy Vary ünvanında yerləşir. Evdə iki nəfər qeydiyyata düşüb: Sahib Mirzəyev və Lyudmila Mirzəyeva.

Araşdırmanın müəllifləri Rusiya, Azərbaycan, Qazaxıstan və digər ölkələrin vətəndaşlarına məxsus mənzil və villaların onlarla ünvanının qeyd olunduğu interaktiv xəritə də hazırlayıblar.(virtualaz.org)

***

DİN Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov həmin xəbərlə bağlı AzPolitika.info-ya açıqlama göndərib. Açıqlamada deyilir: “DİN-in Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyevin Çexiyanın kurort şəhərciyi Karlovı Varıda ev alması barədə yayılan məlumatlar əsassızdır və həqiqəti əks etdirmir. Düzdür, qeyd olunan ünvandakı daşınmaz əmlak Sahib Mirzəyev ad-soyadlı bir azərbaycanlıya məxsusdur. Görünür, xəbəri hazırlayanlar da onun general Sahib Mirzəyev olduğunu zənn ediblər və nəticədə də anlaşılmazlıq yaranıb.

Daha dəqiq olsun deyə, onu da bildirim ki, Çexiyadakı Koptova 1191/5, 360 01 Karlovy Vary ünvanında yerləşən həmin evin sahibi 1946-cı ildə (71 yaşlı) Bakı şəhərində anadan olmuş, 2001-ci ildən (16 il) Çexiyanın Karlovı Varı şəhərində daimi yaşayan Mirzəyev Sahib Güləli oğludur”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar