Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Karibdən Koreyaya sürünən böhran – Birinci münaqişə iki liderin başını yemişdi


Heç bir zarafat elementi yoxdur, dünya bir neçə gicbəsərin əlində qalıb


Artıq ABŞ-ın özündə sırf dövlət maliyyəsi ilə fəaliyyət göstərən media qurumları da prezidentin ünvanına bu cür tənqidi ifadələr işlədirlər.

Gerçəklik budur: Yer üzünün əhalisi əlində nüvə başlıqlı raket oynadan, bir-birinə hədə gələn siyasi liderlərin ağlasığmaz avantürası ilə üz-üzədir.

Şimali Koreyanın gənc diktatoru zatən qəddar və kəmağıl birisiydi, sorğu-sualsız, məhkəməsiz adam güllələtdirən, özünü orta əsrlərin şərq satrapları kimi aparan şəxsdən ağıllı hərəkət gözləyən yox idi.

İndi dünyaya dədəlik edən ölkənin əslində hamıdan müdrik və ağıllı olmalı olan prezidenti də ona qoşulub. Amerikanın özündə belə bu adamın – Donald Trampın siyasətdən, diplomatiyadan bir şey anlamadığını deyirdiər və hər gün yenidən sübut olunur ki, deyilənlər düz imiş.
Rusiya prezidenti Vladimir Putin də ki, hakimiyyətə ilk gəldiyi ildə regionun, eləcə də dünyanın başına bəla gəldiyini göstərmişdi, hələ də o istiqamətdə davam edir.

Bu üç lider bu cür avantürist, məsuliyyətsiz, üstəlik, ambisiyalı olduğu halda Yaponiya imperatoru nə qədər müdrik, Çin rəhbəri olduqca tədbirli, Fransa prezidenti son dərəcə praqmatik, Almaniya federal kansleri necə dünyagörmüş olsa da, xeyri yoxdur. Bu dünya liderlərinn gözünü qan örtmüş avantüristlərə sözü ötmür.



Beləliklə, dünya II dünya müharibəsindən keçən 73 ildə heç vaxt olmadığı qədər ciddi bir hərbi münaqişənin astanasındadır.

Düzdür, 2010-cu ildən başlayaraq, Yaxın Şərqdə, Avropanın şəqində, ön Asiyada onsuz da hibrid müharibə gedir və müharibədə 10-dan artıq dövlət iştirak edir. Bəzən haqlı olaraq bu savaşı, qırğını III dünya müharibəsi adlandırırlar.

Ancaq Koreya yarımadası ətrafında başlaya biləcək müharibə nüvə savaşı ola biləcəyinə görə daha geniş miqyaslı, çox tələfatlı ola bilər. Son on ildə gedən müharibələrdə yarım milyona yaxın insan ölübsə, bu müharibənin ilk günündə o qədər insan tələf ola bilər.

Hazırda Koreya böhranının 1962-ci ildə Kuba ətrafında baş vermis Karib böhranı ilə müqayisə edənlər də var.

O zaman da gərginliyə səbəb nüvə silahı, raket məsələsi olub. SSRİABŞ birinicinin öz nüvə başlıqlı raketlərini Kubada yerləşdirmək istəməsi üstündə müharibə həddinə gəlib çıxıblar.

Image result for nikita xruşşov

Konflikt ona görə dərinləşib ki, ABŞ 1959-cu ildə hərbi qiyam yolu ilə hakimiyyətə gəlmiş Fidel Kastronu devirmək üçün planlar qurub. SSRİ isə kommunist Kastronu hakimiyyətdə saxlamaq üçün Kubada nüvə silahı yerləşdirmək əmri verib. Təbii ki, ABŞ düz qulağının dibində kütləvi qırğın silahının yerləşdirilməsini öz ümdə mənafelərinə ziddi hesab edib. Və müharibə vəziyyəti yaranıb.



Nəticədə SSRİABŞ liderləri – Nikita Xruşov və Con Kennedi nüvə çamadanlarını əllərinin altında saxlamalı olublar. Onlar hər an bu çamadana əl uzada, dünyanın yarısını (bəlkə də hamısını) məhv edə biləcək məşum düyməni basa bilərmişlər.

Gərginlik bir müddət davam edib. Hər iki ölkədə müharibə partiyasının tərəfdarları – “qırğılar” güclü olub. Ancaq Xruşşov və Kennedi həlledici addımı birinci atmaqdan çəkinib, sonuncu dünya müharibəsini başlatmayıblar. Bu avantüra “döyüşkən heç-heçə” ilə nəticələnib. SSRİ Kubada nüvə raketləri yerləşdirmək planından vaz keçib, Kennedi Kubanı işğal etməyəcəyinə söz verib.



Maraqlıdır ki, bu tarixi anlaşmaya nail olan liderlərin ikisinin də taleyi acınacaqlı olub. ABŞSSRİ “qırğı”ları onları bağışlamayıblar. 1 il sonra Kennedi Dallasda snayper gülləsi ilə öldürülüb, iki il sonra isə Xruşşov Kreml çevrilişinin qurbanı olaraq, hakimiyyətdən uzaqlaşdırılıb.
İndi Koreya böhranı da sülhlə nəticələnəcəyi təqdirdə yəqin ki, Pxenyanda Kim Çen Ina bir söz deyən olmayacaq, o, öz ölkəsində əinin üstündə əl olmayan hökmdardır. Trampı isə ABŞ-da şişə taxacaqlar. Və Tramp bunu bilir.

Situasiyanı qəlizləşdirən də elə budur: Tramp öz kürsüsünü qorumaq üçün Kim Çen Inı kürsüdən salmalıdır.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar