Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kardiologiya İnstitutunun adamı infarkt edən rüşvət qiymətləri


Bura ürəklərindəki problemləri həll etmək üçün üz tutan xəstələr rüşvət qiymətlərini eşitdikdən sonra ürək problemləri daha böyüyür


Azərbaycan səhiyyəsinin hər addımında rüşvətin ayayq tutub yeriməsi heç kimə sirr deyil. 

Amma elə səhiyyə ocaqları da var ki, burda rüşvət qiymətləri sağlam adamları da doğurdan infarkt edir. Amma nə yazıq ki, insanlar öz yaxınlarının canları ilə alver edə bilmir. Ona görə də dişlərini bağıqsaqlarına sıxaraq istənilən rüşvəti verməyə məcbur edirlər. 

Azərbaycanın belə sözdə tibb ocaqlarından biri də Cahangir Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutudur və açıqcası aldığımız məlumatlardan belə görünür ki, insanları infarktdan müalicə edən bu tibb ocağında rüşvət qiymətləri həm xəstələri, həm də xəstə yaxınlarını sözün həqiqi mənasında infarkt edir. 

Bu ürək sağaldacaq olan tibb ocağından MilliYol-a daxil olan məlumata əsasən Cahangir Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda vəziyyət həm tükürpədici, həm tibb adına ürküdücüdür. Burda müalicə alan xəstələrdən birinin saytımıza yazdığına əsaslanarsaq, sözügedən səhiyyə ocağındakı ağ xalatlılar sanki həkim deyillər. Və onların vəzifəsi xəstələri qəbul edib, müayinə və müalicə etməkdən ibarət deyil. Şikayətçi xəstəninin bildirdiyinə görə burda həkimlər əvvəlcədən pullarını almasalar, heç xəstənin üzünə belə baxmırlar. Xəstə rahatca ürəktutmasından ölə bilər, amma ölümcül xəstənin yaxınında tələb olunan rüşvət alınmayınca, heç bir həkim xəstəyə tərəf gözünün ucu ilə belə baxmaz.

Xəstə şikayətçimiz bildirir ki, bu səhiyyə ocağının deyilənə görə, öz "qayda-qanunu" var. Buranın direktoru Adil Baxşəliyev səhiyyə ocağında elə qanunlar qoyub ki, bura sağlam ürəklə gələn xəstə ürəklə ayrılır. Elə bil ki, Elmi-Tədqiqat Kardiologiya İnstitutu Adil Baxşəliyevin şəxsi xəstəxanasıdı və bu tibb ocağvnda nə varsa, onun şəxsi malıdı. Bəlkə elə buna görə də dövlət tərəfindən xəstəxanaya ayrılan xəstəxanaya xərclənmir. Bir çox iddialara görə dövlətin ayırdığı vəsaitlərin demək olar ki, hamısı cənab Baxşəliyevin şəxsi büdcəsinə axır. Elə bu üzdən də bura ayaq qoyan xəstə müalicə almaq üçün bütün xərcləri özü çəkir. 

Səhiyyə ocağının elə ilk görünüşü də bunu deməyə əsas verir. Çünki xəstəxanada heç bir müasir tibbi avadanlığı yoxdur. Ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən və elə də imkanı olmayan vətəndaşlar sözügedən səhiyyə ocağını pənah tutub getsələr də, qarşılaşdıqları mənzərə dəhşətli təəssuratlaryaradır. Çünki pulu olmayan xəstə burada heç bir müayinədən keçə bilmir. Halbuki, C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu dövlət xəstəxanasıdır və orada vətəndaşlara göstərilən xidmət pulsuz olmalıdır. 

Lakin çox təəssüflər olsun ki, bu hal yalnız sözdə deyilir. Göstərilən xidmət və mövcud durum başqa cürdür. Direktor Adil Baxşəliyevin qoyduğu qanunlar tamamilə başqadır. 

Misal üçün şikayətçi xəstə bildirir ki, direktor Adil Baxşəliyev burda çarpayıları və palataları da satışa çıxarıb. Misal üçün institutda 2 nəfərlik palataların gündəlik qiymətləri 80, 40 və 20 manat müqabilində xəstələrə təqdim olunur. 

Xatırladaq ki, eyni məlumat bir müddət əvvəl Bakipost.az saytında da yayımlanmışdı. Yayılan məlumatda göstərilirdi ki, xəstələrə “Lüks otaq” - 1 günü 80 manata (kreslo, divan, tualet, isti-soyuq su, televizor, iki çarpayı), “Pol-lüks” günü 40 manata (televizor, soyuducu, iki çarpayı, kreslo, isti suyu olmayan tualet), “Adi lüks” - günü 20 manata (köhnə soyuducu, soyuq suyu, iki çarpayı) verilir. Bu palataları xəstələrə sata bilmək üçün adi palatalara 6, bəzən isə 8 çarpayı qoyub xəstə yığırlar ki, səs-küyün pis təsir etdiyi infarkt olmuş xəstələr məcbur olub “Lüks palata”ları alsınlar. Amma əslində, 1 palatada minimum 3 xəstə olmalıdır. Bu “qiymətli palataların” ödənişində heç kəsə güzəşt edilmir.  

Qeyd edək ki, institutun baş həkimi Əhməd Babayev BakıPost-a açıqlamasında bu ittihamların heç birini qəbul etməmişdi: “Söylədiyiniz məlumat doğru deyil. İnstitut dövlət xəstəxanası olduğu üçün bütün xidmətlər, hətta qəbul belə pulsuzdur. Puldan söhbət gedə bilməz. Hətta özüm xəstələrdən hansısa şikayət olan zaman məsələni araşdırıb həll edirəm. Bu səbəbdən deyilən məlumatın heç bir əsası yoxdur”, deyə baş həkim bildirmişdi. 

Lakin indii ortaya çıxan iddialar bir daha onu deməyə əsas verir ki, baş həkim Əhməd Babayev ictimaiyyəti aldadıb. 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar