Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Karateçimiz dünya çempionu oldu


Kata üzrə Avropa üçüncüsü Roman Heydərov Beynəlxalq Şotokan Karate-do Federasiyasının (SKİF) 12-ci dünya çempionatının qalibi olub


AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasının və SKİF-in Azərbaycan təşkilatının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə İndoneziyanın paytaxtı Cakartada mötəbər yarışa yollanan üç idmançımızdan "Arpaçay" klubunun üzvü R.Heydərov rəqiblərinə maksimal üstünlüklə qalib gəlib. 16-17 yaşlı gənclər seçmə komandasının üzvü, dünya ikincisi Fidan Teymurova isə yarışın ikinci günü tatamiyə çıxacaq. Ondan başqa "Qaraqaplan" klubunun perspektivli idmançısı 13 yaşlı Rəvan Bağırov da ertəsi gün mübarizəyə qatılacaq.

Kata üzrə milli komandaların böyük məşqçisi Vahid Ayvazov və "Qaraqaplan" klubunun məşqçisi Cahangir Babayev, həmçinin federasiyanın media və ictimaiyyətlə işlər katibi Sənan Məhərrəmov da dünya çempionatına ezam olunublar.

Nüfuzlu yarışda 48 ölkədən 700-dək müxtəlif yaşlı karateçi iştirak edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar