Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kanala düşən 80 yaşlı kişi xilas edildi


Bərdə rayonunda 80 yaşlı kişi balıq tutarkən su kanalına düşüb


1938-ci il təvəllüdlü Əliyev Göyüş Ağəli oğlu 24 saatdan artıq suda qalandan sonra xilas edilib.

Hadisə rayonun Əyricə kəndi ərazində yerləşən Şor kanalında baş verib.

Məlumata görə, G.Əliyev axşam saatlarında ərazidə balıq tutarkən qəfildən ayağı sürüşərək suya düşüb. Suda çarəsiz vəziyyədə qalan kişi bir gündən artıq müddətdə ölümlə mübarizə aparıb. Suyun axarı güclü olduğundan qoca kişi düşdüyü ərazidən bir necə kilometr uzaqlaşıb, nəhayət koldan tutaraq qalıb.

Ərazidə xidmət aparan Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları hadisədən xəbər tutaraq kişini xilas ediblər.

Sudan cıxarılan şəxs dərhal xəstəxanaya aparılıb. Xəstəxanada məlum olub ki, onun ayaqlarını don vurub, balıqlar dişləyərək xəsarət yetirib, əllərini isə kol-kos yaralayıb.

Hazırda G.Əliyevin vəziyyəti kafi olaraq qiymətləndirilir və ev şəraitində müalicə alır. (report.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar