Kamçatka sahillərində 6,5 bal gücündə zəlzələ baş verib
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatskdan 326 kilometr şimal-şərqdə və Ust-Kamçatsk yaşayış məntəqəsindən 141 kilometr cənubda yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.
pia.az