Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kambocadan Ərdoğana FETÖ cavabı


Türkiyə Cümhuriyyəti Kamboca hökumətindən ölkədəki FETÖ (Fətullahçı Terror Təşkilatı) məktəblərinin bağlanmasını istəyib


Publika.az xəbər verir ki, Türkiyənin bu ölkədəki səfiri İlham Kamal Tuğ üç məktəbin bağlanması üçün Kambocanın xarici işlər naziri Prak Sokhon ilə görüşüb.

Bu ölkənin xarici işlər nazirliyi sözçüsü Çum Sounri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bütün dünyada Gülənlə bağlı məktəblərin bağlanması üçün təşəbbüs göstərdiyindən xəbərdar olduqlarını bildirib.
 
Görüşdə Kamboca xarici işlər nazirliyi tərəfindən bu məktəblərin Gülənin ilham verməsi ilə açıldığını, ancaq onunla heç bir əlaqəsinin olmadığını bildiriblər: “Bu məktəblərdə işləyənlərin və şagirdlərin böyük əksəriyyəti Fətullah Gülənin kim olduğunu belə bilmir”.
 
Kambocadakı məktəblər haqqında mətbuatda verilən məlumatlar arasında ən çox diqqət çəkən 2011-ci ildə Zaman Universiteti adlı təhsil mərkəzinin həmin vaxt baş nazirin müavini olan Bülənt Arınç tərəfindən açılışının edilməsidir. Bu, Kambocada ilk açılan məktəb idi, 800-dən çox şagird orada təhsil alır.
 
Digər məqam isə bu ölkədəki bütün məktəblərin keçmiş Zaman qəzetinin yazarı Atilla Yusif Güləkər tərəfindən qurulmasıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar