Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Yaponiyada işıq üzü görüb

Görkəmli Azərbaycan yazıçısı Kamal Abdullanın müəllifi olduğu “Yarımçıq əlyazma” romanının odisseyası davam etməkdədir


 Dünyanın müxtəlif ölkələrində nəşr edilən roman bu dəfə Yaponiyada işıq üzü görüb.

Yaponiyanın nüfuzlu Suseyşa nəşriyyatında “Səbirsiliklə gözlənilən əsər” seriyasında nəşr edilən kitabın üz qabığında yapon dilində diqqətçəkən qeydlə “Kitabi-Dədə Qorqud” dastanının itmiş əlyazması” sözləri öz əksini tapıb. Kitabda müəllif Kamal Abdulla haqda qısa məlumat da verilib.
Maraqlı tərtibatda oxuculara təqdim edilən romanı Yaponiyanın Vaseta Universitetinin professoru İto İçiro yapon dilinə çevirib. Bu roman Kamal Abdullanın yapon oxucusuna təqdim edilən ikinci romanıdır. Bundan əvvəl araşdırmaçı alim və tərcüməçi Takayuki Murakaminin tərcüməsində müəllifin “Sehrbazlar dərəsi” romanı Yaponiyada nəşr edilmişdi.
Qeyd edək ki, roman müxtəlif illərdə Rusiya, Polşa, Fransa, Türkiyə, Braziliya, Amerika, Avstriya, Qazaxstan, Gürcüstan, Misir, İtaliya və s. ölkələrdə çap olunub. Roman təkcə Azərbaycanda deyil, Rusiya, Türkiyə, Fransa və İtaliyada da təkrar çap edilib.

Dünyanın müxtəlif dillərində roman haqqında 100-dən çox rəy və resenziya yazılıb.

Rusiyanın məşhur «İnostrannaya literatura» jurnalı ilk dəfə Azərbaycan ədəbiyyatından məhz bu romanı müzakirəyə çıxarıb.
Rusiyalı tənqidçilər əsəri «postmodernizmin ən parlaq nümunəsi», türkiyəli tənqidçilər isə bu əsərə görə Kamal Abdullanı «Azərbaycanın Borxesi» adlandırıblar.

Məşhur italyan yazıçısı, semiotiki Umberto Eko “Yarımçıq əlyazma” romanını oxuduqdan sonra müəllifi İtaliyaya öz evinə dəvət etmiş, Kamal Abdulla ilə ədəbiyyat, mədəniyyət haqda söhbət etmiş, roman haqqında müsbət fikirlər söyləmişdir.

Tanınmış rus yazarı Aleksandr Tkaçenko isə bildirib ki, «Folkner öz Yoknapatofunu, Markes öz Makondasını, Fazil İsgəndər öz Çegemini yaradan kimi, Kamal Abdulla da öz «Yarımçıq əlyazma»sını yaradıb».
İtaliyanın məşhur ədəbi mükafatına – “Scano prayz”a layiq görülən “Yarımçıq əlyazma”nın odisseyasının davamında romanın yan alacağı limanların hər biri Azərbaycan ədəbiyyatı adına qazanılan uğurdur.(sim-sim)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar