Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kafkanı tanıyanlar və tanımayanlar


Nə edək?


Bütün sahələrdə çalışan insanların iç dərinliyində narahatlıqdan doğan bu sualın əks-sədasını eşidirəm. 
 
Eləcə də yazıçıların, jurnalistlərin, ümumən bütün yazı-pozu əhlinin.
 
Nə edək?
 
Kitab industriyası yoxdur, normal ədəbi mühit yoxdur, idarə olunan yazı-pozu camesi getdikcə maraqsızlaşır, yazılanları beş-üç nəfər oxuyur, ciddi nəsr və şeir qazanc gətirmir və s.
 
Uzun-uzun və qara-qara düşünəndən və çoxdan bəri müşahidə aparandan sonra bu qərara gəlmişəm ki, biz öz xalqımızı dərindən tanımırıq.
 
Hətta adi məmur, alverçi, taksi sürücüsü, bərbər qədər tanımırıq...
 
Yazılan və yazılmaqda olan kitablar tamam ayrı dünyadır, xalqımızın yaşadığı dünya tamam ayrı.
 
Ciddi deyirəm.
 
Sadəcə, 5-10 minlik cameəmizlə özümüzü aldadırıq.
 
Mirzə Cəlil deyirdi, sözünü o kəslərə de ki, səni eşitmək istəmirlər.
 
Bizim, bizi eşitməyənlərə söz demək imkanımız yoxdur.
 
Bizi o adamlar oxuyur və izləyir ki, əslində, dediklərimizin çoxunu bilirlər.
 
Bildiklərimizi bilən və bizi izləyən adamları şərti olaraq, Kafkanı tanıyanlar adlandırsaq, görərik ki, Kafkanı tanımayanların mütləq çoxluğunun əhatəsindəyik.
 
Gələcəyimiz, o cümədən ədəbiyyatın gələcəyi Kafkanı tanıyanlar kimi həm də onu tanımayanlardan asılıdır.
 
Cəmiyyəti həm də mütləq çoxluq tənzimləyir.
 
Bizim mütləq çoxluq tamamilə bizdən - ədəbiyyatdan, sözdən, çap məhsullarından uzaqdır.
 
Bəzən elə məclislərə, yığıncaqlara düşürsən ki, harda işlədiyini, nə düşündüyünü deməyə utanırsan.
 
Bəzənsə, deyirsən, adamlar başa düşmür.
 
Doğrudanmı yazı-pozuyla məşğulsan eləcə? – sifətlərdə sirli suallar dolaşır.
 
Hətta bir az acıyırlar da sənə.
 
Dəfələrlə olub ki, orta məktəb müəllimlərini hələ də ölkədə bir cümlə yalan yazmayan jurnalistlərin, yazıçıların varlığına inandırmaq üçün and-aman eləmişəm, özümü yeyib-tökmüşəm.
 
Kafkanı tanıyanlarla Kafkanı tanımayanlar eyni ölkədə, lakin fərqli dünyalarda yaşayırlar.
 
Onlar bir-birinə şəxsən tanış, mənən yaddırlar.    
    
Onların problemləri, dərd-sərləri eyni olsa da, aralarında keçilməz uçurumlar, yarğanlar, sədlər var.
 
Kafkanı tanıyan bir adam Kafkanı tanımayanların məclisində yadplanetli kimi görünür.
 
Və əksinə...
 
Özümüzü aldadırıq.
 
Azərbaycan tarixi Kafkanı tanımayanların Kafkanı tanıyanlar üzərində sürəkli və təntənəli qələbəsindən başqa bir şey deyil.
 
Mütləq azlıq, mütləq çoxluq qarşısında əllərini yuxarı qaldırıb.
 
Ona görə XII əsrdə yazılmış “Qarı və Sultan Səncər” mənzum hekayəsində qaldırılan problemlər bu gün də aktualdır.
 
Sözbəsöz, hərfbəhərf, misrabamisra...
 
Doğrudan, nə edək? 

Şərif Ağayar(kulis)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar