Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kafe-restoranlar siqaret və qəlyan qadağasından xəbərsizdir

Qanun qüvvəyə mindikdən sonra müştərilərlə yanaşı obyekt sahibləri də cəzalandırılacaq


Milli Məclisin dekabrın 1-də  keçirilən iclasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılaraq, qəbul edildi.

Bildirilib ki, ikinci oxunuşdan fərqli olaraq, qanun layihəsinin 1-ci və 10-cu maddələrinə edilən əlavəyə görə, tütün məmulatlarından (siqaret) sulu qəlyan və elektron siqaretdən istifadəyə, eyni zamanda xüsusi ayrılmış yerlər istisna olmaqla, motel, hostel, habelə fiziki şəxslərin gecələməsi və ən azı 24 saat ərzində qala biləcəkləri digər yerləşdirmə obyektlərində də icazə verilməyəcək.

 Digər yeniliyə əsasən, tütün məmulatlarından (siqaret), qəlyandan və elektron siqaretdən istifadənin qadağan edildiyi yerlərdə bunlardan istifadə edənlər üçün xüsusi yerlərin ayrılması ilə bağlı tələb aradan qaldırılır. Üçüncü oxunuşda idarə, təşkilat, müəssisə və iaşə obyektlərində xüsusi yerlərin yaradılması üçün qoyulan tələb də ləğv olunur. Yəni onlar istəsələr, yarada bilərlər, istəməsələr, yox. Bu, artıq onların qarşısında şərt kimi qoyulmayacaq. Bu düzəlişə səbəb bir sıra obyektlərdə tütündən istifadə üçün xüsusi yerlərin yaradılmasına şəraitin olmamağıdır.

Qanun layihəsinə əsasən, yuxarıdan da göründüyü kimi, bir sıra yerlərdə siqaret, sulu və elektron qəlyanın istifadəsi qadağandır. Onlar arasında  açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla restoranlar, kafelər, barlar, ictimai-iaşə obyektləri də var. Hansı ki, bu gün paytaxt  ərazisində əksər restoranlarda, kafelərdə insanlar rahat şəkildə siqaret çəkirlər. Hətta qış aylarında bəzi kafelərə tüstü əlindən girmək də mümkün olmur.

Yeni qəbul olunan qanun prezidentin təsdiqindən sonra qüvvəyə minəcək. Bunun yaxın vaxtlarda baş tutacağı gözlənilir.

Bəs kafe və restoranlar bu qanunun tələbinə hazırlaşırlarmı?

Suala cavab axtarmaq üçün “Yeni Müsavat”ın əməkdaşı olaraq  şəhərin bir çox yerlərində olan kafelərə, barlara, restoranlara yollandıq.  İlk olaraq elə paytaxtın mərkəzinə - Nizami küçəsində olan kafelərə yol aldıq. Daxil olduğumuz  ilk kafedəcə ümumi yerdə qəlyan çəkildiyinin şahidi olduq. Kafenin idarəçisi ilə görüşümüz zamanı öyrəndik ki, onlar qəbul edilən qanun layihəsindən xəbərsizdirlər. Ona görə də biz onlara sual verməmiş, onlar bizi sual atəşinə tutdular. Qanun layihəsinin nə zaman qəbul edildiyini, hansı ərazilərdə tütün məmulatlarının istifadəsinin qadağan  olunması barədə məlumatlar istədilər. Bildirdilər ki, onlara heç kim bu barədə heç nə deməyib. Ona görə də indiyə qədər kafedə qəlyan və ya siqaret çəkmək üçün xüsusi yer də ayırmayıblar. Söylədilər ki, elə sabahdan bununla bağlı işə başlayacaqlar.

Nizami küçəsində binaların altında bir neçə kafe fəaliyyət göstərir. Xüsusilə də ərəblərin Bakıya turist kimi axınından sonra bu məkanlarda bir növ “ərəbləşmə” siyasəti aparılır. Ərəb musiqiləri səsləndirilir, menyuda ərəb dilində bölmə yaradılır və nəhayət, qəlyan da təşkil olunur. Ona görə də artıq zirzəmidə yerləşən kafelərin bir çoxunda siqaret çəkənlər və çəkməyənlər üçün olmaqla, iki zal da yaradılıb. Siqaret çəkilən yerlərə xüsusi havalandırma sistemi də quraşdırılıb ki, digər yerlərə qoxu yayılmasın. Ancaq elə həmin küçədə yerləşən pubların bir çoxunda isə siqaret çəkilməsi üçün ayrıca otaq mövcud deyil. Necə deyərlər, bir çox publardan külqabı iyi gəlir. Çünki hərə bir növ siqaret çəkir və bunların da hamısının tüstüsü qapalı məkana dolur. Olduğumuz bir neçə publarda da bildirildi ki, onlar yeni qanundan xəbərdardırlar. Ancaq hələ ki bir söz deyən olmadığı üçün əvvəlki qaydada fəaliyyətlərini davam etdirirlər. Mərkəzdəki qəlyanxanaların qoxusu isə ətrafa yayılırdı. Orada hansısa otaqdan, xüsusi yerdən danışmağa dəyməz...

Şəhərin mərkəzindən uzaqlaşıb, metronun “Qara Qarayev” stansiyasının yaxınlığında ard-arda yerləşən kafelərdə və qəlyanxanalarda da olduq. Buradakı kafelərin də əksəriyyətində xüsusi yer, ayrıca zal anlayışı yoxdur. Hər kəs rahat formada siqaretini yandırıb çəkirdi. Kafeni işlədənlər isə bildirdilər ki, heç bir qanun, qərardan məlumatlı deyillər. Daha onları məlumatlandırmaqla vaxt itirməyib, bir neçə restorana (toyxana) da baş çəkdik. Orada isə idarəçilər bildirdilər ki, toy zalında çox adam siqaret çəkmir. Əksəriyyət çölə  və ya foyeyə çıxaraq, orada siqaret çəkirlər. Bildirildi ki, bundan sonra zalda siqaret çəkilməməsinə daha ciddi nəzarət edəcəklər.

Ümumilikdə göründüyü kimi, hələ kafe, bar işlədənlər yeni qanun layihəsindən xəbərdar deyillər.

Bəs belə bir şəraitdə qanun layihəsi təsdiqləndikdən sonra tətbiqi necə həyata keçiriləcək?

Image result for hüquqşünas Fərhad Mehdiyev

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan hüquqşünas Fərhad Mehdiyev bildirib ki, İnzibati Xətalar Məcəlləsinə maddə əlavə olunmalıdır:

“Həmin maddəyə uyğun olaraq restoran və kafe sahiblərinə onların balanslarındakı obyektlərə görə cəza veriləcək. Moskvada da kafelərdə siqaret çəkmək qadağandır. Əgər müştəri kafedə siqaret çəkirsə, 40 dollar onun özü, 400 dollara yaxın məbləğdə isə kafe sahibi cərimələnir. Burada bir şərt də var. Əgər kafe sahibi qadağa barədə lövhə vurubsa, o zaman yalnız müştəri cərimələnir. Bunu kim yoxlayacaq bizdə? Hər halda, yəqin ki, hüquq-mühafizə orqanları əməkdaşları yoxlayacaq. Sahibkarlar da yəqin ki, hansısa yolla ortaq razılığa gələcəklər. Yaxud da kafenin içərisində müəyyən bir arakəsmə yaradıb, siqaret çəkilməsi üçün yer ayıracaqlar. Üstü açıq kafelərdə isə ikinci mərtəbəni siqaret və ya qəlyan üçün ayıra bilərlər. Hər halda, prosesin necə cərəyan edəcəyini zaman göstərəcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar