Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kadırovun sabiq köməkçi Azərbaycan biznesmeninin qətlində ittiham edilir


Çeçenistan lideri Ramzan Kadırovun sabiq köməkçisi və Ukraynada keçmiş səlahiyyətli nümayəndəsi Ramzan Tsitsulayev qətldə ittiham olunur


Virtualaz.org xəbər verir ki, bu barədə “Rosbalt”a danışan mənbə onun azərbaycanlı biznesminin qətlini sifariş etdiyini yazıb.

Cambulat Madayevin cinayət işini aparan müstəntiqlərlə əməkdaşlıq edən mənbə nəşrə bildirib ki, Ramzan Tsitsulayevin təkcə biznesmen Əli Zəkriyevin oğurlanmasında rolu olmayıb, o həmçinin azərbaycanlı biznesmenin qətlini də sifariş veribmiş.

Madayev buna görə Tsitsulayevin ona 500 min dollar vəd etdiyini bildirib. Məbləğin 100 min dolları isə avans olaraq verilib. Sifarişi alan Madayev obyektlə bağlı araşdırmaya başlasa da, bir müddətdən sonra Tsitsulayev onu çağıraraq tapşırığı ləğv etdiyini deyib və avansı qaytarmasını istəyib.

Hadisələrin bundan sonra necə inkişaf etdiyi məlum deyil.

Mənbə həmçinin qeyd edib ki, hazırda müstəntiqlər bu məlumatın dəqiqliyini yoxlayırlar. Əgər deyilənlər təsdiqini tapsa, keçmiş köməkçiyə qarşı yeni ittihamlar irəli sürüləcək.

Xatırladaq ki, Tsitsulayev 2014-cü ildə iş adamı Əli Zəkriyevin oğurlanmasında ittiham olunur. Onun sifarişini Madayev və Ruslan Barkovski həyata keçiriblər. Onlar Əli Zəkriyevi qaçırıb və 100 milyon rubl tələb etməklə onu bir neçə gün mənzildə saxlayıblar. Barkovski Avstriyaya qaçmağa müvəffəq olub, rəsmi Vyana onu Rusiyaya verməkdən imtina edib.

Bundan başqa, Ramzan Tsitsulayev fırıldaqçılıq və daha iki cinayətin təşkilində günahlandırılır.

2015-ci ildə Tsitsulayev beynəlxalq axtarışa verilib. Bəzi məlumatlara görə, o, Çeçenistanda uzun müddət gizləndikdən sonra saxta sənədlə Ukraynaya qaçıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar