Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

KXCP funksioneri müxalifəti qınadı


“İsa Qəmbərin təşəbbüsü ilə keçirilən görüşdə iştirakla bağlı bizə dəvət gəlməyib”


Bunu APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məclisinin sədri, Milli Şuranın üzvü Bəybala Əbil deyib.

B.Əbil deyib ki, bir-birinə maraqları, yaxınlıqları olan müəyyən təşkilatların bir yerdə hər hansı müzakirəsində narahatlıq yoxdur. Müxalifətin birliyinə gəldikdə, B.Əbil qeyd edib ki, müxalifət indiyə qədər birlikdə olmayıb: “Nə vaxt müxalifət bütövlükdə birlikdə olub ki? Həmişə müxtəlif vaxtlarda müxtəlif koalisiyalar olub. Ancaq bunlar müxalifəti tam şəkildə əhatə etməyib. Amma bu da həqiqətdir ki, Milli Şura daha yaxşı bir format idi. Milli Şura hansısa partiyaların maraqlarına uyğun olmadığı üçün bundan çıxıb başqa format hazırlayırlar”.

Xatırladaq ki, Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri adından Rusiya tərəfindən Azərbaycanın müstəqilliyinə yönəlik gözlənilən təhlükələrlə bağlı 28 aprel ərəfəsində beynəlxalq ictimaiyyətə və Azərbaycan ictimaiyyətinə müraciət ünvanlanacaq.

Müsavat Partiyasının başqanı İsa Qəmbərin təşəbbüsü ilə baş tutan toplantıda “El” Hərəkatının qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Eldar Namazov, AXP sədri Pənah Hüseyn, sabiq daxili işlər naziri İsgəndər Həmidov, “Turan” İnformasiya Agentliyinin direktoru, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Mehman Əliyev, politoloq Leyla Əliyeva, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “El” Hərəkatında təmsil olunan Köçəri Nağıbəyli, politoloq Ərəstun Oruclu və Müsavat Partiyasının rəhbərliyinə daxil olan şəxslər iştirak ediblər.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar