Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

KXCP də Milli Şuradan gedir: səbəb Əli Kərimlidir


Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) da Milli Şuranı tərk edir. Partiya bu məsələni yaxın günlərdə müzakirəyə çıxaracaq


KXCP-nin Milli Şuranı tərk etməsinə səbəb quruma AXCP-yə yaxın yeni üzvlərin qəbul edilməsidir.

Partiya üzvləri və rəhbərliyi Milli Şuranın bu qərarına növbəti dəfə etiraz edirlər. Etiraz əlaməti olaraq isə partiyanın sədri və digər üzvləri Milli Şuranın sentyabrın 14-də keçirilən sessiyasında iştirak etmədilər.

Xatırladaq ki, Milli Şuranın bu il mayın 3-də keçirilən sessiyasında bu məsələ ilə bağlı qalmaqal yaşanmışdı. Sessiyada Milli Şuraya yeni üzvlərin qəbul edilməsi elan olunanda KXCP bu qərara etiraz etmişdi. Bu etiraza əsas səbəbi yeni üzvlərin Əli Kərimliyə yaxın şəxslər və cəbhəçilər olması idi. KXCP sədri Mirmahmud Mirəlioğlu və bir neçə partiya üzvü o zaman yeni üzvlər qəbul ediləcəyi təqdirdə qurumu tərk edəcəklərini bəyan etmişdilər.




Lakin sonradan Milli Şura üzvlərin qəbul edilməsi məsələsini təxirə salmışdı. Bununla da KXCP qərarını dəyişərək Milli Şura ilə birlikdə fəaliyyətini davam etdirmişdi.

İndi isə sentyabrın 14-də keçirilən sessiyada Milli Şuraya yeni üzvlər qəbul edilib. Qurumun sonuncu sessiyasında 8 nəfər yeni üzv qəbul olunub. Onlar Məlahət Nəsibova (Naxçıvanda fəaliyyət göstərən hüquq müdafiəçisi və jurnalist), Qənimət Zahid (“Azadlıq” qəzetinin baş redaktoru), Fəxrəddin Mehdiyev (vəkil), Vahid Məhərrəmov (iqtisadçı), Məhəmməd Talıblı (iqtisadçı), Yalçın Qəhrəmanov (Ukraynada diaspor fəalı), Araz Gündüz (yazıçı-tərcüməçi) və İsa Sadıqovdur (Azərbaycan ordusunun keçmiş zabiti, polkovnik).

KXCP-nin Milli Şuranı tərk edib-etməyəcəyi ilə bağlı Mirmahmud Mirəlioğlunun fikirlərini öyrənmək istədik. Partiya sədri virtualaz.org saytının ona ünvanlanan sualını dinləsə də sadəcə olaraq “təşəkkür edirəm” cavabını verməklə kifayətləndi. İsrar etsək də məsələ ilə bağlı danışmaq istəmədi.

KXCP sədrinin müavini Xəzər Teyyublu virtualaz.org saytına açıqlamasında Milli Şuranın son qərarından narazı olduqlarını və yeni üzvlərin quruma qəbul edilməsinə etiraz etdiklərini dedi: “Mayın 3-də KXCP-nin qərargahında keçirilən sessiyada Milli Şuranın genişləndirilməsi adı altında yeni üzvlər təqdim olundu. Biz o üzvlərin hamısına etiraz etmədik. Onların arasında bir-iki ziyalı və tanınmış şəxs var idi. Biz təklif etdik ki, yeni üzvlər Milli Şuraya daxil olan partiyalardan heç birinin üzvü olmasın. Bitərəf şəxslər olsun. O zaman AXCP tərəfindən təqdim edilən siyahıya etiraz etmişdik. Etriazımızdan sonra məsələ gündəlikdən çıxarıldı. Biz bildirmişdik ki, əgər Milli Şuranın tərkibi qurumda olan partiyaların üzvləri hesabına genişlənəcəksə, bunu genişlənmə adlandırmaq olmaz. Çünki Milli Şura daha geniş anlam daşıyır. Təəssüf ki, bu məsələ sanki heç müzakirə edilməmiş kimi ayın 14-də keçirilən sessiyanın gündəliyinə daxil edilib. Yeni qəbul olunan üzvlər də Əli Kərimlinin rəhbərlik etdiyi qurumlara daxil olan şəxslərdir. Biz bu məsələdə Milli Şuraya uğurlar arzu edirik. Milli Şuranın tərkibinin bu cür genişləndirilməsinə ehtiyac yoxdur. Partiya üzvlərinin artırılması Milli Şurada daxili mübarizəyə səbəb olacaq. Biz mayın 3-də keçirilən sessiyada buna etiraz etmişdik, bu gün də etiraz edirik”.




Xəzər Teyyublunun sözlərinə görə, KXCP üzvləri Milli Şuranın son sessiyasında iştirak etməyiblər: “Milli Şuranın sessiyasına dəvət edilmişdik. Ancaq KXCP üzləri və Mirmahmud bəy sessiyada iştirak etməyib. Lakin Mirmahmud bəyin şəxsən hansı səbəbdən sessiyaya qatılmadığını deyə bilmərəm”. 

X.Teyyublu KXCP-nin bundan sonra Milli Şuradakı fəaliyyəti ilə bağlı yaxın günlərdə qərar verəcəklərini söylədi: “Dediyim kimi, bu məsələ partiyamız tərəfindən etirazla qarşılanıb. Biz bu məsələni çox ciddi şəkildə müzakirə edəcəyik. Milli Şura ölkədə bir müxalif düşərgə olmalıdır. Müxalifət düşərgəsində iki qütbün olması xoş hal deyil”.

Milli Şuranın üzvü, VHP Ali Məclisinin sədri Rafiq Manaflı virtualaz.org saytına açıqlamasında Mirmahmud Mirəlioğlunun sessiyaya qatılmamasının səbəbini bimədiyini söylədi.




R.Manaflı səslənən etiraz və narazılıqlara baxmayaraq Milli Şuraya yeni üzvlərin qəbul ediləcəyini dedi: “Milli Şuraya yeni üzvlərin qəbul edilməməsi qurumun dinamizmini aşağı salır. Əgər Milli Şuraya qoşulmaq istəyənlər varsa, buna imkan yaradılmalıdır. Qurumun əsasnaməsinə uyğun olaraq yeni üzvlər qəbul edilir. Bu prosesə start verildikdən sonra bunu dayandırmaq da düzgün olmaz. Yeni üzvlərin qəbul edilməsi ilə bağlı problem yaranarkən bunun həlli məsələsi Cəmil Həsənliyə həvalə edilmişdi. Bildiyim qədəri ilə də bu istiqamətdə danışıqlar aparıldı. Yeni üzvlərin qəbul edilməsinə etiraz etmək olmaz”.




Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev virtualaz.org saytına açılqmasında Mirmahmud Mirəlioğlunun sessiyada iştirak etməməsinin səbəbi haqda məlumatsız olduğunu dedi: “Bu barədə heç bir məlumatım yoxdur. KXCP-nin Milli Şuranı tərk etməsi və ya Mirmahmud Mirəlioğlunun sessiyada iştirak etməməsinin cavabını yalnız KXCP sədir verə bilər”. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Ən çox oxunanalar