Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

KTMT-nın Dağlıq Qarabağla bağlı bəyanatını nə qədər səmimi qəbul etmək olar?


Politoloq: “KTMT Ermənistan tərəfdə durub Dağlıq Qarabağda müharibə apara bilməz. Çünki KTMT-nin inandığı rəsmi sənədlə Dağlıq Qarabağ Azərbaycanın ərazisidir”


“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ən uzun ömürlu və ermənipərəst baş katib Nikolay Bordyujanın dövründə belə bu cür bəyanatlar verilmişdi”.

Bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu KTMT-in Dağlıq Qarabağla bağlı verdiyi bəyanatını PİA.AZ-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının birləşmiş qərargahının rəisi, general polkovnik Anatoli Sidorov bildirib ki, Dağlıq Qarabağ KTMT-nin üzvü olmadığı üçün hərbi alyans Stepanakertə hərbi dəstək göstərilməyəcək və Qarabağda müharibə olarsa, bu müharibəyə müdaxilə etməyəcək. Onun sözlərinə görə, KTMT-nin bütün sazişləri konkret olaraq Ermənistanla imzalanıb və müvafiq olaraq rəsmi İrəvan qarşısında müəyyən öhdəlikləri var.

A. Sidorov bildirib ki, KTMT müvafiq yardım xahişi olmadan quruma üzv dövlətin cəlb olunduğu bu və ya digər münaqişəyə müdaxilə etmək səlahiyyətinə malik deyil. O, həmçinin əlavə edib ki, hazırda ErmənistanAzərbaycan arasında vəziyyət olduqca gərgindir.

Bu bəyanatın səmimiliyinə nə qədər inanmaq olar və Ermənistan müharibəyə cəlb olunduğu şəraitdə KTMT kənarda qala bilər?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlunun fikirlərin öyrənib.



Mübariz Əhmədoğlu: “Qazaxıstan və Belarus yeri gələndə Avrasiya İqtisadi Birliyində də, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatın da Azərbaycanın maraqlarını öz maraqları kimi qəbul edirlər, qoruyurlar”.


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının işlədiyi nizamnamənin MDB-nin nizamnaməsi əsasında tərtib olunduğunu xatırladan politoloq Mübariz Əhmədoğlu bildirib ki, MDB-nin nizamnaməsində də Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi göstərilib. Yəni həmin nizamnamədə Dağlıq Qarabağ nə müstəqil, nə də Ermənistanın ərazisi kimi göstərilməyib. Buna görə də KTMT Ermənistan tərəfdə durub Dağlıq Qarabağda müharibə apara bilməz:

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının birləşmiş qərargahının rəisi, general polkovnik Anatoli Sidorov bəyanatında çox səmimi idi. Bildiyimiz kimi bu bəyanat Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adından verilən birinci bəyanat deyil. Həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ən uzun ömürlu və ermənipərəst baş katib Nikolay Bordyujanın dövründə belə bu cür bəyanatlar verilmişdi. Nikolay Bordyuja erməni prezidenti Sərksyana və keçmiş müdafiə naziri Seyran Ohanyana elə təriflər deyirdi ki, hamıya aydın olurdu ki, Bordyuja Ohanyanın cibinə baxır. Yəni belə halların olmasına baxmayaraq KTMT rəsmi bəyanat vermişdi ki, Qarabağda müharibə olarsa, hərbi alyans Stepanakertə hərbi dəstək göstərilməyəcək.

Sadəcə olaraq bu məsələdə Rusiyaya qarşı və ümumillikdə şübhə var deyə əksər adamlar elə hesab edir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı verdiyi bu bəyanatda qeyri -səmimidir. Amma qeyd edim ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının işlədiyi nizamnamə MDB-nin nizamnaməsi əsasında tərtib olunub. MDB-nin nizamnaməsində də Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi göstərilib. Yəni həmin nizamnamədə Dağlıq Qarabağ nə müstəqil, nə də Ermənistanın ərazisi kimi göstərilməyib. Buna görə də KTMT Ermənistan tərəfdə durub Dağlıq Qarabağda müharibə apara bilməz. Çünki KTMT-nin inandığı rəsmi sənədlə Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. 

Mübariz Əhmədoğlu: “KTMT  hər hansı ölkəyə qarşı müharibəyə gedirsə və yaxud da hər hansı ölkəyə sülhməramlı yeridirsə, bununla bağlı qərarlar kollektiv şəkildə qəbul olunur”.


Həmçinin də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tərkibində bəzi dövlətlər var ki, həmin dövlətlərin Azərbaycanla münasibətləri çox üstün səviyyədədir. Məsələn o dövlətlərdən Qazaxıstanı, Belarusiyanı demək olar. KTMT-də də qərarlar konsensus yolu ilə qəbul olunur. Yəni əgər KTMT  hər hansı ölkəyə qarşı müharibəyə gedirsə və yaxud da hər hansı ölkəyə sülhməramlı yeridirsə, bununla bağlı qərarlar kollektiv şəkildə qəbul olunur. 

Dəfələrlə görünüb ki, Qazaxıstan və Belarus yeri gələndə Avrasiya İqtisadi Birliyində də, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatın da Azərbaycanın maraqlarını öz maraqları kimi qəbul edirlər, qoruyurlar. Bütün bunlara görə və dediyim üç amilə görə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bəyanatının səmimiliyinə inanıram”. 

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar