Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Jurnalistlərdən “Şeyxülislam mükafatı”nı almağa müraciət edən olmayıb



Təxminən iki ay öncə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə jurnalistlər üçün “Şeyxülislam mükafatı”nın təsis olunduğunu bəyan etmişdi


Həmin vaxt media nümayəndələrinə müraciət edən şeyx həzrətləti bu mükafatın milli-mənəvi dəyərlərlə bağlı yazılara görə veriləcəyini bildirmişdi.

Maraqlıdır, geridə qalan müddətdə “Şeyxülislam mükafatı” almağa cəhd edənlər oldumu? Mükafatı almaq üçün kimlər QMİ-yə yazı  təqdim edib?
Gununsesi.info məlumat verir ki, bu sualla modern.az saytı Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovaya müraciət edib.

““Şeyxülislam mükafatı”nın təsis olunmasından uzun müddət keçməyib. Bu ərəfədə şeyx həzrətləri məzuniyyətdə olub. Yəqin ki, yaxın vaxtlarda  bu məsələyə bir daha qayıdılacaq. O zaman məlumat olarsa, bu barədə danışacağıq”.

Mətbuat katibinin sözlərinə görə, konkret olaraq QMİ-yə mövzu ilə bağlı yazılar daxil olmayıb.

“Biz istəyirik ki, hər bir şey yaxşı olsun. Həm yazıların verilmə mexanizmi, həm də təqdim olunacaq yazılar yüksək səviyyədə olsun. Hər halda, bu, mediaya mesaj olaraq verilib. Hamı bununla bağlı öz işini görə bilər. Əlbəttə ki, yazılar təqdim olunarsa ,biz onların hamısına xüsusi baxacağıq. Amma, açığı, bizə yazı təqdim olunmayıb. Ola bilər ki, kimsə yazılar üzərində işləyir. Hələ ki, hazır variant yoxdur.

Ümumilikdə dini, mənəvi-dəyərlərin daha yüksək səviyyədə təbliğinə xidmət edən yazılardan, media məhsullarından söhbət gedir. “Şeyxülislam mükafatı”nın verilmə mexanizmi hazırlanır. Hələ ki məsələnin hansı yerdə olması barədə  daha ətraflı məlumatlı deyiləm”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar