Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Jurnalistə narkotik göndərən icra başçısı haqqında şok iddia



Hakimiyyətə qarşı radikal mövqelərilə seçilən və bu səbəbdən Avropada siyasi mühacir statusu alan iki tanınmış jurnalist - Fikrət Hüseynli ilə Mirzə Sakit arasındakı qalmaqal pik həddə çatıb


Bir vaxtlar aralarında yaxın dostluq münasibətəri olan  jurnalistlər hazırda bir-birinin ünvanına olmazın ittihamlarını səsləndirir.

Bu qarşılıqlı ittihamlarda diqqət çəkən mühüm bir məqamla bağlı Strateq.az  maraqlı araşdırma aparıb.

Məlumdur ki, jurnalist Fikrət Hüseynli Mirzə Sakitə ünvanladığı cavabda ikincinin hansı səbəbdən həbs edilməsinə toxunaraq, sensasion fikirlər səsləndirib.

Onun iddiasına görə, satirik hələ Azərbaycanda ikən pul üçün ən müxtəlif adamlara ağız açıb: "Hətta həbs olunan zaman cibində tapılan narkotik onun şantajlardan bezən icra başçılarının birinin göndərdiyi – adını bilirəm, etika xatirinə çəkmirəm – 100 dolların içində olub. Bunu həmin pulu Goranboydan Bakıya qədər gətirib çıxaran və Mirzəyə kafedə hesab verən, sonradan Rusiyaya gedən dostu da təsdiq edə bilər. Mirzə də restorandan çölə çıxanda həmin dostu onun cibinə 100 dolları qoyub. O da bilməyib ki, içində narkotik var. Nəticədə saxlanılanda cibindən narkotik çıxıb...”

Bu məsələdə xüsüsilə diqqət çəkən məqam Mirzə Sakitin həbsində heç bir siyasi sifarişin olmamasını hakimiyyətə qarşı ən radikal mövqe ilə seçilən insanın, yəni Fikrət Hüseynlinin etiraf etməsidir.

Maraqlıdır ki, bir çox nüfuzlu beynəlxalq təşkilatlar Mirzə Sakitə qarşı irəli sürülən ittihamların qurama olduğu qənətinə gələrək, jurnalisti vicdan məhbusu elan etmişdi.

Fikrət Hüseynlinin iddialarından belə nəticə hasil olur ki, Mirzə Sakitə qarşı qurulan tələ siyasi hakimiyyətin iradəsi xaricində olub və həmin plan  hansısa məmurun "özfaliyyəti” nəticəsində həyata keçirilib.

Bəs, Mirzə Sakitə 100 dolların içində narkotik göndərdiyi iddia olunan icra başçısı kim olub?

Strateq.az-ın apardığı araşdırmadan məlum olub ki, bu məsələdə Naftalan rayonunun sabiq icra başçısı, eks millət vəkili Musa Musayevin adı çəkilir.

O da məlum olub ki, Mirzənin hansı səbəbdən həbs olunması ilə bağlı AXCP rəhbərliyi də məlumatlı olub və bu mövzu partiyanı dar kuluarlarında zaman-zaman müzakirə edilib.

Mənbəmizin bildirdiyinə görə, Musa Musayev həmin "hədiyyəni”  əslən Goranboy rayonundan olan Elçin adlı cəbhəçi vasitəsilə Mirzəyə göndərib. Məlum hadisədən sonra Elçin Azərbaycanı tərk edib. Onun hazırda Rusiyada yaşadığı bildirilir.

Qeyd edək ki, bu qalmaqalda səslənən fikirlər ölkənin hüquq-mühafizə orqanlarına və siyasi hakimiyyətinə Mirzə Sakitin siyasi sifariş əsasında  həbs olunmadığını sübut edən ciddi arqumentlər vermiş oldu. Çünki bu fikirləri söyləyən şəxsin hazırkı mövqeyi və  statusu bunun üçün tam əsas verir.

Onu da qeyd edək ki, Mirzə Sakit Musavat.com cibinə keçmiş cəbhəçi Elçin Rzayev tərəfindən narkotik atılması iddiasına da cavab verib. O, bu iddiaya ətraflı cavab verməsə də aşağıdakı kimi münasibətini açıqlayıb: " Elçin bəyi tanıyanlar onun elə insan olmadığını bilirlər. O, hər kəsə əlindən gələn köməyi edirdi. Axırda gördü ki, bunlar mənasız insanlardırlar və çıxıb getdi Rusiyaya... Həbsdən sonra Elçin bəylə bir-neçə dəfə görüşdük. Rusiyadan hər dəfə gələndə mənə zəng edirdi... Bax burdan-bura Elçinə də şər atır...".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar