Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Jirinovskinin Azərbaycana münasibətini dəyişdirən səbəb?


Natiq Miri: “Azərbaycan ictimai rəyini aldatmaq üçün belə manevrlər edilir, bu, Avrasiya planı ilə birbaşa bağlıdır...”


Ötən həftənin əsas mövzularından biri də Rusiya Liberal-Demokratik Partiyasının (RLDP) sədri, Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin Azərbaycanın, eləcə də ölkə başçısının ünvanına söylədiyi təriflər oldu. Jirinovskinin “Rossiya 24" telekanalına müsahibəsində Ukraynadakı son hadisələri şərh edərkən, Azərbaycanın MDB ölkələri arasında müsbət nümunə olduğunu bildirməsi Bakıda əməlli-başlı mövzuya çevrildi. 
Qeyd edək ki, qalmaqallı açıqlamaları ilə tanınan və bir neçə dəfə Azərbaycanın və azərbaycanlıların ünvanına təhqiramiz fikirlər səsləndirən LDPR lideri bu dəfə 180 dərəcə dəyişib. Sitat: “Azərbaycan MDB məkanındakı real müsbət nümunədir. Bu ölkənin bütün kəndləri abadlaşdırılıb, idman obyektləri də daxil olmaqla, yeni komplekslər ucaldılır, bütün ölkə tamamilə dəyişilib”. 

Jirinovski Azərbaycanın müstəqil siyasət yeritdiyini, heç bir ölkə qarşısında öhdəlik götürmədiyini də vurğulayıb, Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini də bildirib. Eyni zamanda rusları Azərbaycanın turizm mərkəzlərindən də istifadə etməyə çağırıb. O, ölkənin bu cür sürətli inkişafını Azərbaycan prezidenti İlham Əliyevin uğurlu siyasəti kimi qiymətləndirib. “Mən onun atasını da tanıyırdım, Heydər Əliyev dahi azərbaycanlıdır”.



Rusiya “liberalları”nın liderinin bu açıqlaması Bakıda məmnunluqla qarşılanıb. İlk yüksək səviyyəli reaksiya Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovdan gəlib. N.Məmmədov öz twitter səhifəsində Jirinovskiyə təşəkkür edib. 

Ancaq Rusiyanın qalmaqallı siyasətçisinin “aktivində” Azərbaycana yönəlik sərt və hətta təhqiramiz fikirlər də kifayət qədərdir. Bu mənada onun birdən-birə Azərbaycanın ünvanına təriflər söyləməsi müzakirələrə səbəb olub. Jirinovskinin bu addımının arxasında Azərbaycanın digər MDB ölkələri, xüsusən də GUAM dövlətlərindən fərqli olaraq Rusiya ilə münasibətləri normal səviyyədə saxlamasının dayandığını iddia edənlər də oldu. Eyni zamanda Jirinovskinin pulla susdurulması kimi versiyalar ortaya atıldı. 

Siyasi şərhçi Natiq Miri Jirinovskinin pulla ələ alınması versiyasını ciddi qarşılamır. Ekspertin fikrincə, onun Azərbaycana münasibətinin dəyişməsinin arxasında Kremlin Bakıya yanaşmasının dəyişməsi dayanır: “Əgər bu, rüşvət məsələsidirsə, hakimiyyət bunu əvvəllər də edə bilərdi. Jirinovski Rusiya siyasətinin lakmus kağızıdır. Moskva əgər bir şeyi etmək istəyirsə, əvvəlcə bunun üçün Jirinovski kimilərinin vasitəsilə ictimai fikri hazırlayır. Onun bu gün Azərbaycanın xeyrinə danışması Rusiyanın Azərbaycanla bağlı ümumi strategiyası, yəni Avrasiya planı ilə birbaşa bağlıdır”.

N.Miri deyir ki, Rusiya hakimiyyəti müəyyən görüntü yaratmaq xatirinə Azərbaycana bu şəkildə jestlər edir: “Elə bir fikir yaradılır ki, guya Rusiya artıq Ermənistanı Azərbaycanın ayağına verir, amma gerçəkdə elə bir şey yoxdur. Avrasiyada Azərbaycan Rusiya üçün nə qədər önəmlidirsə, Ermənistan da o qədər önəmlidir. Ermənistan regional geosiyasi alətdir və Rusiya heç zaman bu alətdən vaz keçməz. Sadəcə, Azərbaycan ictimai rəyini aldatmaq üçün bu cür manevrlər edilir. Bunu bizim hakimiyyət də gözəl bilir. Avrasiyanın baş tutması və bu məkanda bütün cəhətdən güclü inteqrasiya baş verməsi üçün Rusiya Cənubi Qafqazda möhkəmlənməlidir. Ona görə də Rusiya heç kimi narazı salmadan bu siyasəti yürütmək istəyir. Ermənistanın qapı arxasında saxlanmasının əsas səbəbi də məhz budur. O ki qaldı Qarabağ məsələsində Azərbaycana olacaq güzəştə, heç bir güzəşt olmayacaq. Sadəcə, müvəqqəti olaraq hər iki tərəfi qane edəcək ortalıq status müəyyən etmək istəyirlər ki, bu da Azərbaycanın mənafeyinə uyğun deyil”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ən çox oxunanalar