Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Jirinovski ANS-ə müsahibə verdi


Rusiya Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının üzvü Vladimir Jirinovski ANS-ə ekslüziv müsahibə verib


Müsahibəsi zamanı o, telekanaldakı məşhur müsahibəsində Azərbaycanı öyməsinin səbəblərini açıqlayıb. 

- Azərbaycanla Rusiya arasındaki münasibətlərin indiki səviyyəsini necə dəyərləndirirsiniz və bunda dövlət başçılarının rolu sizcə nədir? 

- Bu günkü gündə Rusiya ilə Azərbaycan arasındaki münasibətlər məncə ən müsbət bir mərhələdədir ve postsovet mekanındaki digər ölkələrlə münasibətlərimizə nümune olacaq səviyədədir. Bütün bunlar isə Azərbaycan prezidenti İlham Heydər oğlu Əliyevin birbaşa səyləri nəticəsində mümkün olub. Bu adam çox yüksək təhsil almış, gözəl tərbiyə görmüş ve Rusiya ilə münasibətlərin bütün nüanslarını gözəl başa düşən bir insandır. 

Azərbaycan özü çox çətin bir geosiyasi mövqedə yerləşir. Yanında İran, Türkiyə və Orta Asya respublikalarının o biri tayında isə Əfganıstan yerləşir. Qərb ölkələri Azərbaycana böyük maraq göstərir. Ona görə Azərbaycan hakimiyyətinə indiki mövqeyini qoruyub saxlamaq çox da asan başa gəlmir. 

Azərbaycan qərbin kütləvi informasiya vasitələrində başladılan anti-Rusiya xorunda iştirak etmir. Bu da indiki Azərbaycan hakimiyyətinin düzgün izləməkdə olduğu kursun nə qədər doğru olduğunu göstərir. Bu həm də Azərbaycanın keçmişiylə də bağlıdır. Belə ki, bu kurs Heydər Əliyev tərəfindən başladıldı. Mən onu şəxsən tanıyırdım. Biz bir-birimizə simpatiya bəsləyirdik. Mən onunla həmişə Moskvada görüşürdüm və 1971-ci ildə Bakıda Zagafgaziya respublikalarının Daxili İşlər Nazirləri toplantısında da görüşümüz oldu. 

Və bu gün İlham Əliyev də böyük siyasət xadimi, SSRİ-nin ən qiymətli dövlət adamlarından biri olan və SSRİ-dən sonra müstəqillik qazanan ölkə liderləri arasında da seçilən Heydər Əliyevin kursunu davam etdirir ve özü də müasir beynəlxalq vəziyyətin tələbləri çərçivəsində buna bəzi əlavələr edir. Bu gün iqtisadi islahatlar, yolların bərpası, mədəniyyət, idman, incəsənət, bir sözlə hər sahədə böyük nailiyyətləri olan Azərbaycan haqqında sadəcə və sadəcə müsbət fikirlər demək olar. 

Bütün bunlar Azərbycana gedən insanlarda bu ölkə haqqında müsbət fikirlər oyadır. Əlbəttə ki, bütün bunlar Azərbaycanın indiki prezidenti İlham Əliyevin bacarığının nəticəsidir. Başqalarının eləyə bilmədiklərini eləmək ona qismət oldu. Digərləri postlarını tərk etmək məcburiyyətində qaldılar. Onların fəaliyyətləri Rusiya ilə və digər MDB ölkələriylə münasibətlərə də mənfi təsir edirdi. İlham Əliyev isə daha müvəffəqiyyətli oldu. Bunda hər halda ona atası, dahi azərbaycanlı Heydər Əliyevlə bağlı xatirələri, təhsili, bilgiləri, Rusiya ilə yaxşı münasibətləri qorumaq istəyi də kömək oldu. 

Bu gün Ukrayna və Pribaltika ölkələrində rus dilinə qarşı təzyiq siyasəti aparıldığını görürük. Azərbaycanda isə güclü Slavyan Universiteti, 400 rus məktəbi, kitabxanalar fəaliyyət göstərir. Ümumilikdə, rus dili Bakı küçələrində eşidilir, işgüzar dairələrdə, mədəniyyət sahəsində, vətəndaşlararası ünsiyyətdə bu dilden istifade olunur. Bu bizim birbirimizi daha yaxşı başa düşməyimiz üçün çox yaxşı bir amildir. Rusiyada işləyən bütün azərbaycanlılar da rus dilini əla səviyyədə bilirlər. Bu gün biz Rusiya ilə Azərbaycan arasındakı mövcud münasibıtlırı sadıcı sevinı bilırik. Təbii ki, burda biz hər dəfə Azərbaycan prezidentini də yada salmalıyıq. Çünki bütün bunlar onun eməyinin məhsuludur. Aramızda yenidənqurma illərində, əlbəttəki bızi problemler dı oldu. Bəzi yazıçılar, filoloqlar hakimiyyətə gəlmişdi o zamanlar. Bütün bunlar çox pis nəticələndi. Qana, təzyiqlərə, vətəndaş müharibəsi elementlərinə səbəb oldu. Ancaq İlham Əliyev gələndən sonra Azərbaycan işıqlı bir mərhələyə keçdi. Biz Azərbaycanın nailiyyətləri ilə fəxr edirik və İlham Əliyevin müasir Azerbaycanla Rusiya arasındakı münasibətlərə etdiyi tövhələri də məmuniyyətlə izləyirik. 

- Azərbaycanla Rusiya arasındakı münasibətlərin gələcəkdəki perspektivlərini necə görürsünüz?

- Azərbaycan Cənubi Qafgazdakı sabitliyin qorunmasında və ümumiyyətlə bölgədəki hər bir sahədə çox önəmli rol oynaya bilər. Hətta Şimali Qafgaz regionunda da böyük rol oynaya bilər. Çünki Azərbaycanın şimal rayonları, ləzgilər yaşayan bölgələr Şimali Qafgazla birləşir. Bizdə də o bölgələrdə müxtəlif xalqlar yaşayır. O xalqların nümayəndələri Azərbaycanda da var. Ümumi olaraq bu əlaqələr çox qədim tarixə malikdir. Biz Azərbaycanla həmişe yaxşı münasibətlərə sahib olmuşuq. Ona görə bu gün beynəlxalq aləmdə gedən qlobal dəyişikliklər fonunda Azərbaycan çox böyük rol oynaya bilər. Onun coğrafi mövqeyi və təbii sərvətləri də ona bu imkanı verir. Və ölkələrimiz arasında ənənəvi xoş münasibətləri davam etdirmə imkanı var. Biz inanırıq ki, İlham Əliyev Azərbaycan ilə Rusiya arasındaki münasibətlərin daha da inkişafı üçün helə çox şey edecək. Bu isə Azerbaycana indi getdiyi yolda daha da irəliləmə imkanı verəcək. Daha çox inkişaf etmə və yeni nailiyyətlər qazanma imkanı verəcək. Bunun zamini isə Rusiya ile Azərbaycan arasında, Bakı ilə Moskva arasında dostluq olmalıdır.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar