Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Jirinovski 2036-cı ildə siyasətdən gedəcək və Azərbaycanı...


Jirinovski 2036-cı ildə siyasətdən gedəcək, Azərbaycanı Rusiyaya “birləşdirəcək”


Rusiyada Liberal-Demokrat Partiyasının lideri, prezident seçkilərində təxminən 6 faiz səslə üçüncü olmuş Vladimir Jirinovski tezliklə siyasətdən gedəcəyi barədə məlumatlara “Telegram” sosial şəbəkəsində reaksiya verib.

O, elan edib ki, siyasətdən tezliklə getməyəcək, əksinə, gələcəkdə Rusiyaya başçılıq edəcək, üstəlik Azərbaycanı da Rusiyaya “birləşdircək”. Bu haqda “Rossiyskaya qazeta” yazır.

Jirinovski 2036-cı ildə Kremlin önündə “200 minlik kütlə” qarşısında vida çıxışını da onun siyasətdən getməsini “səbrsizliklə gözləyən” jurnalistlərə cavab olaraq indidən Telegram-kanalda yerləşdirib. Jirinovskinin proqnozuna əsasən gələcəkdə nəinki Rusiyada dövlət instutları, eləcə də dövlət sərhədləri dəyişəcək. Ölkəni prezident yox, dövlət şurasının sədri idarə edəcək. Həmin şura Jirinovskini Rusiyanın “ali hökmdarı” seçəcək. Ölkədə “əsl demokratiya erası” başlayacaq. Və Jirinovskinin proqnozuna görə gələcəkdə Tacikistan və Azərbaycan da Rusiyaya birləşəcək.

Jirinovski bundan əvvəl də Azərbaycan və digər keçmiş sovet respublikalarının “Rusiyanın tərkibinə geri qayıdacağı” barədə proqnozlar verib.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar