Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Jirinovski: "Rusiyada yeni türk dövləti yaranacaq” - Video

Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovskinin Şimali Qafqazla bağlı yeni videosu yayılıb


Axar.az xəbər verir ki, video Feysbuk sosial şəbəkəsində əslən Dağıstandan olan şəxslər tərəfindən paylaşılıb. 

Liberal Demokrat Partiyasının iclasından olan görüntülərdə çıxış edən partiya nümayəndələrindən biri Şimali Qafqazı Rusiya üçün təhdid adlandırıb:

“Cənub təhdiddir. Amma bu təhdid konkret xalq və millətdən gəlmir. Bu təhdid etnos və ya etnosların toqquşmasından gəlir. Bununla əlaqədar olaraq rus xalqı mütləq birləşməlidir”.

Bundan sonra Jirinovski çıxış edərək, Qafqazda narıncı inqilabın olacağını söyləyib:

“Hazırda Qərb qafqazlılara toxunmur. Onlar gözləyirlər ki, qafqazlılar bizim suyumuzu sıxacaq, varlanıb çoxlu fabrik və kurort zonaları tikəcəklər. Gələcəkdə isə hər şeyə rəğmən Şimali Qafqazda narıncı inqilab təşkil edəcəklər və onu ələ keçirəcəklər. İndi tezdir, ona görə ki, burada rusların daha çox torpağını ələ keçirmək lazımdır. Qafqazlılar artıq Stavropola daxil olublar və vilayətin üçdə birini ələ keçiriblər. Onlar artıq Volqoqrad vilayətinin cənubunda, Rostov vilayətinin bir hissəsində məskunlaşıblar. Onlar Xəzərdən Azova qədər hər yeri tutacaq. Bundan sonra Qərb, NATO deyəcək ki, onlar müstəqillik istəyirlər. Xalqların öz dövlətlərini yaratmaq haqqı var. Üstəlik, onlar müsəlmandırlar. Onlara Səudiyyə Ərəbistanı, Türkiyə, İran daha yaxındır. Onlara pulu əbəs yerə vermirlər. Kreml ilk növbədə onların sakit oturmaları üçün pul verir. Onlar sakit oturub, pul toplayırlar. Türkiyə də onlara pul verir. Türk emissarları burada hər yerdədir”.

Onun sözlərinə görə, Şimali Qafqaz Türkiyəyə daha yaxındır:

“Dağıstan nədir? Orada əsas türkdilli xalqlar olan avarlar, kumıklar, noqaylar və digərləri yaşayır. Kabarda-Balkarda balkarlar türkdillidir. Qaraçay-Çərkəzdə isə qaraçaylar bu kateqoriyaya aiddir. Qafqazın türk olmayan xalqları çeçenlər, kabardinlər və adıgeylərdir. Yerdə qalan böyük çoxluq türk xalqlarıdır. Onlar bizdən sülh yolu ilə torpaqlar alırlar. Onlar pulu buna görə verirlər. Torpaqları alıb, ruslara təzyiq edirlər. Onlar Xəzərdən Azova qədər olan bütün məkanı ələ keçirəndən sonra Avropadan tələb edəcəklər ki, Qafqaz Əmirliyi yaratmağa izn versinlər. Biz hamımız cənubu itirəcəyik, bizim rəhbərlərimiz isə istefaya gedəcəklər. Bunlar 2025-2030-cu illərdə olacaq. 80-ci illərdə kim desəydi ki, 1991-ci ildə SSRİ dağılacaq, onu dəli adlandırardılar. İndi isə 2025-ci ildə cənubda başqa dövlətin olacağını deyənlərə başıxarab deyirlər. Təəssüf ki, bu reallaşacaq”.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar