Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İzmitdə Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş tədbirlər keçirilir


Koceli vilayətinin İzmit şəhərində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı anım tədbiri təşkil olunub


Xocalı faciəsi ilə bağlı təşkil olunan tədbirdə İzmit bələdiyyəsinin sədri Nevzat Doğan, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Nəsimi rayon bələdiyyəsinin sədri Nazim Qaraxanov və Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev iştirak ediblər. Tədbirdə həmçinin Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə yanaşı digər türk dilli dövlətlərin gəncləri də iştirak edib.

Tədbirdə çıxış edən İzmit bələdiyyəsinin sədri Nevzat Doğan bildirib ki, Azərbaycan xalqının ayağına dəyən daş Türkiyənin ürəyini ağrıdır. Xocalı faciəsi türk xalqının da sağalmaz yarasıdır.Xocalı soyqırımını heç bir zaman unutmayacaqlarını deyən bələdiyyə sədri şəhidlərimizin ruhuna daim dualar etdiklərini bildirib. Xocalı soyqırımı abidəsinin Türkiyədə ilk dəfə İzmitdə yaradıldığını deyən Nevzat Doğan vurğuladı ki, bu gün ölkəsinin hər bir şəhər və rayonunda şəhidlərimizin xatirəsinə anım abidəsi ucaldılır.

Nəsimi rayon icra hakimiyyəti başçısının birinci müavini Gülara Verdiyeva isə çıxışında qeyd etdi ki, erməni terrorçularının törətdiyi bu soyqırım heç bir zaman insanların yaddaşından silinməyəcək. Gülarə Verdiyeva tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, qardaş Türkiyə də bu dərdi Azərbaycanla birlikdə yaşayır. Erməni terrorunun acı nəticələrini istər Azərbaycan, istərsə də Türkiyə gələcək nəslə ötürməlidir. İzmit bələdiyyəsinin Xocalı şəhidlərinin xatirəsinə inşa etdirdiyi xatirə abidəsinin gənclər üçün önəmli olduğunu bildirdi.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar bildirib ki, ermənilər Fevralın 25-dən 26-na keçən gecə uşaq böyük demədən Xocalı şəhərində amansız soyqırım törədiblər, lakin beynəlxalq təşkilatlar və dünya dövlətləri bu amansız soyqırımın səbəbkarlarını cəzalandırmağa tələsmirlər. Bilal Dündar qeyd edib ki, bu səbəbdən bütün Türk dövlətləri bir araya gəlib Xocalı soyqırımını dünyaya qəbul etdirməlidir.

Daha sonra Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının təşkilatçılığı ilə Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Nəsimi rayon bələdiyyəsinin sədri Nazim Qaraxanov və rayon 54 nömrəli orta məktəbin direktoru Sahibə Abbasova İzmit şəhər Peşə və Texniki Anadolu Liseyinin şagirdləri ilə görüş keçiriblər.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar qeyd edib ki, rəsmi sənədlərdə də göstərildiyi kimi, dinc əhaliyə amansız divan tutan erməni hərbçiləri qadın və uşaqları xüsusi qəddarlıqla qətlə yetiriblər. 

Əsirlikdəki Azərbaycan qadınlarına amansız işgəncələr verən erməni terrorçuları körpə uşaqları süngüyə keçirərək öldürüblər. O, liseyin şagirdlərini Xocalı soyqırımı barədə məlumatları bütün həmyaşıdlarına, yaxınlarına çatdırmağa çağırıb.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva bildirib ki, Xocalı faciəsi nəinki Azərbaycan xalqına, bütün bəşəriyyətə qarşı törədilmiş dəhşətli cinayətdir. Fevralın 25-dən 26-na keçən gecə erməni silahlıları sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə girərək qadın, uşaq demədən hər kəsi amansızcasına qətlə yetiriblər. Əsir götürülən dinc sakinlərə dəhşətli işgəncələr verilib.

Xocalı faciəsi ilə bağlı faktları eşidən şagirdlər bu cür hadisələri yalnız filmlərdə gördüklərini bildiriblər. İnsanlıq tarixində belə faciənin törədilməsini təsəvvürlərinə belə gətirmədiklərini deyən şagirdlər bu dəhşətli cinayət barədə həmyaşıdlarına məlumat verəcəklərini
söyləyiblər.

Nəsimi rayon 54 nömrəli orta məktəbin direktoru Sahibə Abbasova rəhbərlik etdiyi təhsil ocağının şagirdlərinin Xocalı faciəsi ilə bağlı hazırladıqları əl işlərini türkiyəli şagirdlərə təqdim edib. Liseyin rəhbərliyi faciəni xatırladan bu əl işlərinin təhsil ocağının muzeyində saxlanılacağını bildirib.

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Türkiyədə təşkil olunan silsilə tədbirlərdə iştirak etmək üçün qardaş ölkədə səfərdə olan nümayəndə heyəti Kocaeli şəhər valisi Hüseyn Aksoy və Körfəz bələdiyyəsinin sədri İsmayıl Baranla görüşüblər.

Kocaeli şəhər valisi ilə görüş zamanı vali Hüseyn Aksoy bildirib ki, Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ problemi qardaş Türkiyəni də narahat edir. O, Xocalı soyqırımından danışaraq bildirib ki, Qərb ölkələri bu faciəyə biganə yanaşırlar və beynəlxalq təşkilatlar tezliklə ermənilərin törətdiyi bu soyqırımına düzgün hüquqi qiymət verməlidirlər.

Körfəz bələdiyyəsinin sədri İsmail Baranla görüşdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Nəsimi rayon bələdiyyəsinin sədri Nazim Qaraxanov və Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev Xocalı soyqırımı barədə ətraflı məlumat vermişdilər.

Körfəz bələdiyyəsinin sədri İsmail Baran isə bildirdi ki, Xocalı soyqırımı Türkiyənin də ağrı-acısıdır. Azərbaycanı narahat edən Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Türkiyəni də narahat edir. O vurğulayıb ki, tarixən ermənilərin türk xalqlarına qarşı törətdikləri vəhşiliklər 1992-ci il fevralın 26-da Xocalı şəhərində təkrarlanıb.

Ermənilərin Xocalıda törətdikləri vəhşiliyin soyqırımı olduğunu vurğulayan bələdiyyə sədri dünya ictimaiyyətini buna laqeyd qalmamağa çağırıb. Nümayəndə heyətinin Xocalı soyqırımının 26-cı ildönümünün ilə əlaqədar tədbirlər və görüşlər davam edir.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar