Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İzmit bələdiyyəsinin nümayəndə heyəti Bakı şəhərinə səfərə gəliblər - Fotolar


Türkiyə Respublikasının İzmit bələdiyyəsinin nümayəndə heyəti Bakı şəhərinə səfərə gəliblər


Xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Nəsimi rayonunda çoxsaylı silsilə tədbirlər davam edir.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Nəsimi rayonunda keçirilən silsilə tədbirlərdə iştirak etmək üçün İzmit Bələdiyyəsinin nümayəndə heyətinin üzvləri Nəsimi rayonuna səfər etmişlər.

Türkiyə Respublikasının İzmit bələdiyyəsi ilə Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi bələdiyyəsi arasında 2015-ci ilin sentyabr ayında “Qardaşlaşmış bələdiyyə münasibətlərinin yaradılması haqqında” niyyət protokolu imzalanmışdır. Niyyət protokolu imzalandıqdan sonra dəfələrlə İzmit bələdiyyəsinin nümayəndə heyəti Nəsimi rayonunda, Nəsimi rayonunun nüamyəndə heyəti isə İzmit şəhərində səfərdə olmuşlar.

İzmit bələdiyyəsinin nümayəndə heyəti 2017-ci ilin dekabr ayında
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Anım Günü ərəfəsində Nəsimi rayonunda keçirilən silsilə tədbirlər çərçivəsində Akademik Milli Dram Teatrında Nəsimi rayon ictimaiyyəti nümayəndələrinin, Millət vəkillərinin, digər qonaqların iştirakı ilə ümumrayon tədbirinə qatılmış, həmçinin Ulu öndərə həsr olunan rəsm sərgisində iştirak etmişlər.

2018-ci ilin fevral ayında Nəsimi rayonunun nümayəndə heyəti İzmit şəhərində səfərdə olmuş, bir sıra tədbirlərdə və açılış mərasimlərində iştirak etmişlər. Türkiyənin ən böyük vilayətlərindən biri olan Kocaelinin Körfez bələdiyyəsi ərazisində Xocalı parkının və Xocalı soyqırımı abidəsinin açılış mərasimi keçirilmişdir. Nümayəndə heyətinin üzvləri tədbirlər çərçivəsində Sakarya Karasu bölgəsində “Qarabağ” küçəsinin, Xocalı parkı və abidəsinin açılış mərasimində iştirak etmiş, Kartəpə və Dərincədə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan parklarda və İzmit şəhərində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev adına Parkda  olaraq yaradılmış şəraitlə tanış olmuşlar.

May ayının 9-dan Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının İzmit Bələdiyyəsinin nümayəndə heyəti Ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanında şəhidlərin məzarını, türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etmişlər. Nümayəndə heyətinin üzvləri Heydər Əliyev Mərkəzində olaraq Ümummilli Lider Heydər Əliyevlə bağlı eksponatlarla tanış olmuşlar.

Ölkəmizə səfərdən məmnunluq hissi keçirdiklərini deyən nümayəndə heyətinin üzvləri Azərbaycanın inkişafından qürur duyduqlarını bildirdilər.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar