Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İzmit Bələdiyyəsinin nümayəndə heyəti Nəsimi rayonunda olub


Türkiyə Respublikası İzmit Bələdiyyəsinin nümayəndə heyəti Nəsimi rayon İcra Hakimiyyətində olublar


Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının İzmit Bələdiyyəsinin nümayəndə heyəti Nəsimi rayon İcra Hakimiyyətində olmuşlar. Nümayəndə heyətini qəbul edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ilk öncə qonaqları salamlamış, paytaxtımızın mərkəzi rayonu olan Nəsimi rayonunun tarixi, coğrafi mövqeyi, burada yerləşən inzibati, sənaye, sosial, mədəniyyət, turizm obyektləri barədə ətraflı məlumat vermişdir. Asif Əsgərov son illərdə Azərbaycanda əldə olunmuş nailiyyətlər, sosial-iqtisadi inkişafdan, həyata keçirilən yeni layihələrdən, o cümlədən Nəsimi rayonunda görülən işlərdən danışmış, bu nailiyyətlərin qazanılmasında Ulu öndər Heydər ƏliyevAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük rolunu qeyd etmişdir.  Ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin, xalqlarımızın biri-birinə nə qədər yaxın olmasını vurğulayan natiq Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsindən, onun xalqımıza gətirdiyi bəlalardan söz açıb.

Ölkəmizdə səfərdən məmnunluq hissi keçirdiyini deyən nümayəndə heyətinin rəhbəri,  Türkiyə Azərbaycan  Dərnəkləri Federasiyasının başçısı və Heydər Əliyev Mədəniyyət Mərkəzinin rəhbəri Bilal Dündar   Azərbaycanın inkişafından qürür duyduğunu bildirdi. O, təmsil etdiyi bələdiyyə ilə Bakı şəhəri Nəsimi bələdiyyəsi arasında dostluq və qardaşlıq münasibətlərinin davam etdirilməsinin  vacibliyindən danışdı. Eyni zamanda qeyd etdi ki, Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən Ümumilli Lider  Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirdə iştirakları nümayəndə heyətinin hər bir üzvünün ürəyincə olub.
 
Natiq çıxışına davam edərək  Ulu Öndər Heydər Əliyevin Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinin qurulmasındakı əvəzsiz xidmətlərini xüsusi qeyd edib.

Sonra nümayəndə heyətinin üzvü “Hüriyyət” Xəbərlər agentliyinin təmsilçisi Mustafa  Bağdıken 1999-cu ilin 17 avqustunda  baş vermiş  zəlzələnin faciələrindən danışdı. Baş vermiş fəlakətin aradan qaldırılması üçün ilk köməyə gələn dövlətin Azərbaycan olduğunu bildirdi. 1 noyabr 1999-cu ildə Ümumilli Lider Heydər Əliyevin Türkiyə Respublikasının  PrezidentSüleyman Dəmirəl ilə birgə Kocaelidə olmasını bildirərək, həmin görüşdəki xatirələrindən söhbət açdı. Bildirdi ki, bu gün Ümumilli Liderin anım gününə həsr olunmuş tədbirdəki sərgidə  nümayiş olunan fotoları  məhz həmin görüşlərdə çəkmişdir.Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olunub.

Türkiyənin İzmit bələdiyyəsinin  nümayəndə heyətinin səfəri 14 dekabr 2017-ci il tarixədək davam edəcək.

pia.az









Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Şirvanda görkəmli akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək? – 14 min pul xərcləyəcək

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Ən çox oxunanalar