Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İyun ayının qeyri-iş günləri açıqlandı

Bu il iyun ayında Ramazan və Milli Qurtuluş Günü ilə əlaqədar 5 gün ölkədə qeyri-iş günü olacaq


Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli Trend-ə bildirib ki, iyunun 15-də ölkədə Milli Qurtuluş Günü, iyunun 15 və 16-sında isə Ramazan bayramı qeyd ediləcək.

Lakin Milli Qurtuluş Günü və Ramazan bayramının üst-üstə düşməsi, eləcə də bayram günlərindən birinin, yəni iyunun 16-sının həftələrarası istirahət gününə (şənbə gününə) düşməsi ilə əlaqədar ölkədəki qeyri-iş günlərinin tarixlərində dəyişiklik edilib.

Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci və 6-cı hissələrinə və Nazirlər Kabinetinin "2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" 2017-ci il 6 dekabr tarixli 540 nömrəli qərarına əsasən, 2018-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri və Ramazan bayramının bir gününün Milli Qurtuluş Günü ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq, 18,19 iyun tarixləri istirahət günləri sayılacaq.

Beləliklə, bazar günü də nəzərə alınarsa, iyunun 15, 16, 17, 18 və 19-u ölkədə qeyri-iş günü, iyunun 20-si iş günü olacaq.

Qeyd edək ki, iyunun 26-da Silahlı Qüvvələr Günü kimi qeyd edildiyindən həmin gün də iş günü hesab edilməyəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar