Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İyrənc olay: Məşqçi uşağa ayaqqabısını öpdürüb, videosunu yaydı

Bakıda fəaliyyət göstərən “Vətən” Futbol Məktəbində xoşagəlməz hadisə yaşanıb


 U-11 komandasının baş məşqçisi Samir Əbdürrəhmanov yetirmələrinə qarşı iyrənc əməl edib. 

Belə ki, adıçəkilən şəxs uşaqları döyür, söyür, bu azmış kimi həmin anı videoya çəkərən komanda üzvləri arasında yayır. Bu şikayətlə ilə valideynlərdən biri Yenicag.az-a müraciət edib.

Adının açıqlanmasını istəməyən valideynin sözlərinə görə, Samir Əbdürrəhmanov etdiyi digər əməl bağışlanmaz cinsdəndir. İş burasındadır ki, U-11-in çalışdırıcısı yetirmələrindən birinə ayaqqabısını öpdürüb, daha sonra lentə aldığı həmin anı da çəkinmədən uşaqlar arasında yayıb. Sözügedən video valideyndə var. Sadəcə, övladı sarsılmasın deyə, həmin anı ictimailəşdirmək istəmir.

Qəribəsi odur ki, Əbdürrrəhmanovun özü də heç nə olmamış kimi, belə bir iyrənc əməl etdiyini danmır. O, qəbahət iş görmədiyini düşünür. Uşağının ciddi psixoloji travma aldığını söyləyən valideyn Samir Əbdürrəhmanovla telefon söhbəti edərkən məşqçi heç kimdən çəkinmədiyini söyləyib. O, AFFA-nın Məşqçilər Komitəsinin sədri olan dayısı Vaqif Sadıqova güvəndiyini bildirib.

Ancaq şikayətçi valideyn məsələni bu yerdə qoymaq niyyətində deyil. O, ən qısa vaxt ərzində hadisə ilə bağlı Respublika Baş Prokurorluğa müraciət edəcək. Qeyd edək ki, iyrənc olayların cərayən etdiyi “Vətən”in prezidenti Mustafa Həsənovdur. Sözügedən məktəb Təhsil Nazirliyi tərəfindən maliyyələşir və illik büdcəsi iki milyon manata bərabərdir.

Xatırladaq ki, gənclərdən ibarət Azərbaycan millisinin sabiq üzvü olan Samir Əbdürrəhmanov futbolçu karyerası ərzində “Şəfa”, “Dinamo- Bakı”, “İnter”, “Masallı” və “Bakı” kimi klublarında çıxış edib. 2006-cı ildə futbolçu karyerasını başa vuran Əbdürrəhmanov məşqçi kimi fəaliyyət göstərib.(Yenicag.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar