Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İxtiraçılar saqqızı diaqnostik testə çeviriblər


Alman alimləri ağız boşluğunda iltihabı diaqnozlaşdıra bilən unikal saqqız yaradıblar


Statistik məlumatlara görə, insanların 1 faizdən 5 faizə qədəri bu cür iltihab halları ilə üzləşir. Saqqız formasında sürətli və rahat test belə iltihab hallarını ev şəraitində aşkar etməyə imkan verir.

Bu saqqızın "sirri" onun tərkibindəki xüsusi maddə ilə bağlıdır: həmin maddə iltihab prosesləri zamanı ağızda yaranan fermentlərə reaksiya verir. Bu, diş plantatları olan insanlar üçün xüsusilə aktualdır, çünki belə insanlarda ağız boşluğunun iltihabı uzun müddət özünü göstərməyə bilər. Həkimlər xəbərdarlıq edirlər: vaxtında aşkar edilməyən iltihab prosesi yumşaq toxumaların və sümüyün dağılmasına gətirib çıxara bilər.

Yeri gəlmişkən, adi saqqız qarın boşluğunda əməliyyat aparılmış pasiyentlərin həyatını real surətdə dəyişə bilər. Məsələn, Kesar kəsiyi əməliyyatı aparılmış qadınların belə əməliyyatdan sonra hər gün saqqız çeynəməsi tövsiyə edilir.

Amerikalı həkimlər müəyyən ediblər ki, gündə 3 dəfə, hər dəfə 30 dəqiqə saqqız çeynəməklə mədə-bağırsaq traktının normal işini bərpa etmək olar. Həkimlər belə hesab edirlər ki, bağırsaqları işləməyə "məcbur etmək" üçün əməliyyatdan sonra qida qəbul etmək zəruridir. Saqqız mədə-bağırsaq traktına siqnallar göndərməklə qida qəbulu imitasiyası yaradır.(azərtac)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar