Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İtkin düşən alpinistlərin dostları müraciət yaydılar


Dekabrın 25-dən Tufandağda itkin düşmüş gənc alpinistlər – Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadənin axtarışları artıq 1 həftədir ki, nəticə vermir


Günlər keçdikcə onların sağ qalma ehtimalı da azalmaqdadır.

İtkin düşən alpinistlərdən biri olan Babur Hüseynovun dostları həmrəy olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Fövqəladə Hallar Nazirliyinə müraciətlə çıxış ediblər.

Musavat.com-a göndərilən müraciətdə aşağıdakılar qeyd olunur:

“Bir həftəyə yaxın müddətdir ki, dostlarımızdan xəbər yoxdur. Biz bu günlər ərzində qarın üstündə çalışan xilasedicilərin zəhmətlərini yüksək qiymətləndiririk. Amma bu mücadilələr yetərli olmamaqdadır. Koordinasiya zəifdir. Dostlarımızı xilas etmək üçün daha effektiv tədbirlərin görülməsini xahiş edirik:

1.Bu sahə üzrə Norveç, Finlandiya və Rusiya kimi ölkələrdə bu istiqamətdə ixtisaslaşmış mütəxəssisllər və müasir texnologiyalar mövcuddur. Axtarışlarla bağlı aparılan işlərə baxmayaraq nəticənin olmaması əlavə vaxt itkisinin qarşısını almağı zəruri edir. Bu məqsədlə Rusiya və Türkiyənin daha yaxın olmasını nəzərə alaraq, aidiyyatlı qurumların oradan xilasedicilər və ekspertlər çağırmasını və lazımi texnologiya ilə dəstək istəməsini istəyirik. Beynəlxalq Alpinist-Xilasetmə Təşkilatından da ekspertlətin çağırılması mümkündür; (Təşkilatın rəsmi saytı: http://www.alpine-rescue.org)

2.Dronlardan istifadə edilməsi. DSX tərəfindən dronlar gətirilsə də, orda istifadə edilməməsi haqqında məlumatlar vardır. Biz dronların axatarışa cəlb edilməsini və axtarışın gedişi və tətbiq edilən texniki avadanlıqlarla bağlı ictimaiyyəti məlumatlandırmanızı istəyirik;

3.Alpinistlərin hava şəraitinin əlverişsiz olması ilə bağlı azma ehtimalı da əsas nüanslar sırasındadır. Çox istərdik ki, axatrışlar təkcə öncədən müəyyən edilən marşurutlar üzrə deyil, mümükün bütün hərəkət istiqamətində aparılsın. Xüsusən Rusiya Federasiyası ilə sərhəd istiqaməti və Qəbələ rayonu istiqamətində hərəkət marşurutları araşdırılsın;

4.Axtarışlara əlavə kömək məqsədi ilə köməyi dəyəcəyi halda qarın qazılması və təmizlənməsi ilə bağlı ağır texnikadan istifadə edilsin;

5.Kənd əhalisinin həmin ərazinin relyefi ilə bağlı təcrübəsindən istifadə edilsin və müvafiq istiqamətdə axatarışların gedişinə qoşulmasına mümkün variantlarla şərait yaradılsın;

6.Axatarışların daha səmərəli aparılması üçün axtarışa cəlb edilən və xüsusən qazıntı işi aparan canlı qüvvə artırılsın;

7.Axtarışlarla bağlı qarın əridilməsi istiqamətində xüsusi maddələrdən istifadənin mümkünlüyü diqqətlə araşdırılsın;

8.Aidiyyətlı qurumlardan axtarışların dayandırılmamasını xahiş edirik.

Bundan əlavə, aşağıdakı texniki avadanlıqların tətbiq olunma imkanları nəzərə alınaraq axtarışlara cəlb edilməsini istəyirik: 
Rusiyadan qarı qovmaq üçün təyyarə mühərrikli xüsusi böyük avadanlıqlar gətirilə bilər. Bu cihazdan Azərbaycan Müdafiə Nazirliyinin balansında da var. Hərbi təyyarələrin və helikopterlərin eniş zolağı bu cihazlarla təmizlənir və dağlara qaldırılması da çətinlik törətməməlidir. Ural və Qaz 66 markalı avtomobillər rahatlıqla bu için öhdəsindən gələr.Əlavə məlumat üçün: https://gizmodo.com/5332274/in-russia-snowblowers-use-mig-15-jets/

İtgin düşənlərin yerini təyin etmək üçün “Ground Penetrating Systems for Avalanche Rescue” radar sistemləri. Əlavə məlumat üçün: http://global-gpr.com/blog/2010/11/ground-penetrating-radar-used-for-snow-rescue/

Biz axtarış yerində biləvasitə olduğumuz üçün bu çatışmazlıqları da gözlərimizlə görmüşük.

Xatırladaq ki, Gilavar - Air & Extreme Sports Club dekabrın 23-ü Xınalıq kəndindən Tufandağa yola düşən alpinistlərlə ayın 24-ü Şahyaylaq, Mahmuddərə marşrutu üzrə hərəkət edərkən əlaqə kəsilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar