Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İtkin düşən alpinistlərimiz dağa qalxmaq üçün kimdən icazə alıb?

“Gilavar” hava-ekstrim klubu itkin düşən alpinistlərlə bağlı bəyanat yayıb


Klubun bəyanatında bildirilir ki, alpinistlərin axtarışı bu gün də davam edir.

Bəyanatda həmçinin qeyd edilib ki, mətbuatda bu məsələ ilə bağlı yanlış informasiyalar verilir: “Klubun direktoru Ziya Qasımovun adından istifadə etməklə, guya axtarışların dayandırıldığı, Qəbələdə dağçılarımızın izinə rast gəlindiyi barədə əsassız xəbərlər tirajlanır. Bəli, Qəbələdə də axtarışlar edilib, ancaq heç bir izə rast gəlinməyib, üstəlik, klubumuzdan heç kəs də belə bir informasiya verməyib ki, Qəbələdə izlər var və s. Bu xəbərlərə inanmayın. Hazırda bu kimi hallarla mübarizə apara bilmirik, bu qədər insanın hislərindən öz reklamı üçün istifadə edənləri vicdanlarının öhdəsinə buraxırıq, amma dağçılarımız sağ-salamat qayıdan kimi qeydə aldığımız bütün faktlarla bağlı müvafiq tədbirlər görüləcək".

Klubun yaydığı məlumatda deyilir ki, dağçıların səfər icazəsiz getdiyi barədə xəbərlər də doğru deyil: "Ekspedisiya barədə 4 mərhələdən ibarət icazə alınır. Klubun və rəsmi orqanların xəbəri olur. Gedəcəkləri marşrut da öncədən müəyyənləşir, ancaq həyati təhlükə olarsa, dağda onlar başqa marşrutdan məcburi istifadə edə bilərlər". 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar