Xəbər xətti

23 FEVRAL

16:32 Bakıda intihar etmək istəyən gənc komaya düşüb

16:27 Gələn il FED uçot dərəcəsini daha çox artıracaq

16:22 Kadir İnanır əməliyyata hazırlaşır

16:18 Deputat Universitetə torpaq ayrılmasını təklif edib

16:14 Qazaxıstanlı nazir: “İndi bizə bütün Azərbaycan borcludur”

16:10 Mehriban Əliyeva: “Biz bu tarixi irsə çox diqqətlə yanaşırıq”

16:06 Leyla Şıxlinskayanın işçisi: “Maaşı əllə alırdıq”

16:01 Günün matçlarını yayımlayacaq kanallar - Siyahı

15:56 Tbilisidə Sorosun müqəvvası yandırılıb

15:54 “İdeal” mağazalar şəbəkəsinə 23 fevral sitəmi

15:52 Azərbaycanda internet istifadəçilərinin 66%-i spamla qarşılaşır

15:49 Rus polis azərbaycanlı qadını döydü

15:45 Mikayıl Cabbarov vətəndaşlarla görüşəcək

15:42 Azərbaycanda tələbələrə təhsil kreditinin ayrılması mümkün olacaq?

15:41 Yaponiyada səfirliyə od vurdular

15:37 Bakıdakı həkimlər rayonlara ezam olunur - Səbəb

15:33 İsa Qəmbər yenidən xəstəxanaya yerləşdirildi

15:29 Nazir və generala ağır itki

15:24 Azərbaycanda yeni medal təsis edilib

15:18 “Bitcoin”lər pulsuz satıldı

15:15 Bakıda 24 mindən çox uşaq 1-ci sinfə qəbul olunub

15:11 Hüsnü Mahalli: “Türkiyə Əsədlə razılığa gəlsə, hər şey həll olunar”

15:07 Azərbaycanda standartlaşdırma üzrə milli proqram hazırlanacaq

15:01 Tələbə ailəsinin qətlini sifariş verdi

14:56 Rusiyalı jurnalistin adı XİN-in “qara siyahı”sından çıxarılıb

14:53 Tramp Koreyaya gedib

14:49 Bakıda 10 evi su basdı

14:45 Səbail rayonunda Xocalı faciəsinin ildönümü anılıb

14:42 “Vəkillərin sayını Avropa standartlarına çatdırmaq lazımdır”

14:37 XİN-dən Niderland parlamentinə etiraz

14:33 Avroliqada irqçilik qalmaqalı

14:29 Əli Hüseynli: “1500-ə yaxın şəxs həbsdən azad ediləcək”

14:25 “Mən varam” deyən və insanları etiraza təhrik edən “şeytan”

14:20 Sərnişin və yük daşımaları ilə bağlı dəyişikliklər təsdiq olundu

14:16 Mehriban Əliyeva İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb

14:11 Deputatdan soyadların milliləşdirilməsi barədə növbəti təklif

14:08 Deputat quzuların kəsilməsinə qarşı çıxdı

14:05 Şərqi Qutada Əsəd, Rusiya və İran terrorunun dəhşətləri öz zirvəsinə çatıb

14:02 Sabahın hava proqnozu

13:59 Dopinq qalmaqalı: İdmançılarımızın medalları geri alına bilər

13:54 Ərdoğan Pentaqon rəsmisini əxlaqsız adlandırdı

13:49 Gömrükdə ov bıçağı müsadirə edildi

13:45 Nura Suri: “Qadın belə xəyanətkar olmaz”

13:42 Spiker: “Azərbaycanda böyük əfv gözlənilir”

13:38 Ermənilərin Xocalı faciəsi

13:34 “Alpinistlərin tapılması üçün bütün vasitələr səfərbər olunub”

13:30 Sabiri necə tənqid etməli?

13:26 Qaçırdığı maşınla arvadını və uşaqlarını yasa apardı

13:21 Səməd Səmədov: “24 yaşında oğlum dünyasını dəyişib”

13:17 Allahşükür Paşazadə Vyanaya gedir

13:13 Ayaz Mütəllibov: “Xocalını çəkməyi Çingizə mən tapşırdım”

13:11 Abid Şərifov: “Nazirlər Kabineti 25 nəfəri ölümdən xilas etdi”

13:08 Siyavuş Novruzov: “Azərbaycanda siyasi məhbus yoxdur”

13:05 Anası ölən uşaqdan niyə utanırdım

13:01 Vətəndaşlarının bir ildə aldığı dolların həcmi açıqlanıb

12:58 “Neftçi”nin ermənisi: “Bakı üçün darıxıram”

12:54 Dünyanı qarşıdakı 10 ildə gözləyən təhlükələr

12:50 Avropa Parlamenti Xocalı soyqırımı ilə bağlı bəyanat verəcək

12:46 İlham Əliyev: “Ölkəmizdə yeddi yeni aeroport inşa edilib”

12:43 Oqtay Əsədov Fəttah Heydərovu təbrik etdi

12:38 Tacir Şahmaloğlu Fədayə Laçından danışdı

12:35 Bakıda 1 yaşlı uşağın qarnına mil batdı

12:30 “Mehriban Əliyeva ona həvalə olunmuş vəzifələri uğurla həyata keçirib”

12:26 “Uşaqlara Tufan, Sunami və Qazax adını qoymaq üçün müraciətlər edilib”

12:21 Rusiya səfirliyində 400 kq kokain aşkarlanıb

12:17 “Tramp hal-hazırda öz dövlətinin marağından daha çox İsrailin mövqeyin müdafiə edir” - Politoloq

12:13 İranın müdafiə naziri: “Azərbaycanın bizim üçün xüsusi yeri var”

12:08 Xoşqədəm: “Onu yaxınlarının yalvarışlarına görə bağışlayıram”

12:05 “Bəzi əldə qayırma şirkətlər kütləvi sənaye terroru ilə məşğuldurlar”

12:02 “AppLab” proqramının məzunları və yeni iştirakçıları bir arada

11:57 Bakının bu küçəsində hərəkət məhdudlaşdırılacaq

11:54 Kəmaləddin Heydərov Lənkəranda qəbul keçirəcək

11:49 PKK liderləri toplantı sırasında vuruldu

11:46 Arif Əsgərovun baldızı oğlu məhkəmə zalından həbs edildi

11:43 AzTV sədrini öldürmək istəyən şəxslərin məhkəməsi başlayıb

11:40 Dünyanın ilk rəssamları neandertal insanlar olub

11:36 Lavrovdan Suriya ilə bağlı yeni qətnaməyə şərh

11:33 KXCP-də gərginlik: Mirəlioğlu - Gülalıyev qarşıdurması

11:29 Türkiyə Əsəd ordusuna zərbələr endirib

11:25 Fransa prezidenti tamaşada oynayacaq

11:22 YAP imzaları MSK-ya təqdim edib

11:18 Xocalı

11:13 “PAZ” kosmosa göndərildi - Video

11:08 Şəmkirdə sərnişin taksi sürücüsünü öldürüb

11:04 Xalq artisti televiziya aparıcılarını təhqir etdi

11:01 “Ermənilər Lələtəpəni qaytarmaq istəsə, yeni mövqeləri itirəcəklər”

10:55 Əfvin hansı ayda imzalanacağı dəqiq deyil

10:50 Sürətli yemək piylənmə riskini artırır

10:46 Dəb ədəbiyyatı: Dəbiyyat

10:41 Avstraliya baş nazirinin müavini istefa verib

10:37 Əli Həsənov: “Bir çox şəhər və kəndlər xarabalığa çevrildi”

10:32 Bu gün Milli Məclisdə 19 məsələ müzakirə ediləcək

10:28 Bakıda bu film yayımdan qaldırıldı

10:24 “Münaqişənin həlli ilə bağlı nikbin yanaşmalar görürük”

10:20 “Ermənilər Sovet rəhbərliyinin razılığını almışdı”

10:16 Prezident “Boeing” şirkətinin rəhbərini qəbul edib

10:12 Beyləqanda yol qəzası: 2 ölü, 3 yaralı

10:08 Bakıda kütləvi dava: 3 yaralı

10:04 Leyla Əliyeva Xocalı faciəsinin ildönümü ilə bağlı tamaşanın təqdimatında iştirak edib

10:00 Siyəzəndə iki yük avtomobili toqquşub

9:56 1997-сi ildə müxalifət lideri Etibar Məmmədov öldürüləcəkmiş?

9:52 Xocalı faciəsinin şahidi: “Ərimin ürəyini diri-diri çıxartdılar...”

9:48 İnterpol qətl törədən şəxsi axtarışa verdi

9:44 Atəşkəs rejimi 122 dəfə pozulub

9:44 Sumqayıtda avtomobil gənc oğlanı vuraraq öldürüb

9:39 Zakir Həsənov Qırmızı ordunun yubileyinə qatılmadı

9:34 Bosfor bağlandı, hərəkət durdu

9:30 Neft ucuzlaşıb

9:25 Bu gün Avropa Liqasının püşkatma mərasimi keçiriləcək

9:21 “Afrindəki hadisələr diqqəti İŞİD-lə mübarizədən yayındırır”

9:17 ATƏT-in xüsusi missiyası seçkiyə görə Bakıya gəldi

9:13 Vaşinqton: Türkiyə ilə münasibətlərimizdən əminik

9:09 Parlament seçkiləri də erkən keçiriləcək - iddia

9:05 ABŞ Konqres üzvü 20 Yanvar və Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanatla çıxış edib

9:01 Azərbaycanın korrupsiya indeksi: 180 ölkə arasında 122-ci sıra...

0:40 Çində Yeni il şənlikləri 51 nəfəri “yandırdı”

0:29 İran hədələdi: “Nüvə razılaşmasını tərk edəcəyik”

0:15 “Boko Haram” 111 məktəbli qızı qaçırdı

0:02 Bu gün bürcünüz nələr vəd edir?

22 FEVRAL

23:55 Mahmud Abbas ABŞ-da xəstəxanalıq oldu



MÜSAHİBƏ

...

İtalyan kloun: “Azərbaycan qadınını qucaqlaya bilmərəm”

Tarix 12.10.17, 14:03

Font ölçüsü : - / +
bitmap-img6

Sentyabrın 29-dan oktyabrın 8-dək Heydər Əliyev adına İdman-Konsert Kompleksində “Forsaj-şou” adlı sirk şousu təqdim olundu


Rusiyanın Xalq Artisti Viktor Kudryavtsevin rəhbərlik etdiyi şounun proqramına avtomobil, kartinq, motosiklet və velosiped sürən ayıların iştirakı ilə nömrələr daxil idi. Amma ən vacib, gözlənilən nömrələrdən biri dünya şöhrətli kloun Devid Lariblenin çıxışı idi.
 
PİA.AZ Kulis.az-a istinadən məşhur kloun Devid Larible ilə müsahibəni təqdim edir.
 
- Cənab Larible, sizin haqqınızda oxuyanda öyrəndim ki, yeddinci dinastiya sirk sənəti ilə məşğulsunuz. Ulu babanız, babanız, atanız, ailənizdəkilər sirk sənətçiləridir. Bilmək maraqlıdır ki, bir sirk artistinin, klounun həyatının əsas özəlliyi nədir?
 
- Mənim üçün bu gözəl bir həyatdır. Sirk mənə dəyərli hisslər verib. Ailə və işi birlikdə görə bilirəm və eyni dərəcədə müqəddəs sayıram. Sirk bir gəmi kimidir. Bu gəminin hərəkəti üçün gəmidəkilərin bir məqsədi olmalıdır. Sirkdə insanlar öz aralarındakı kiçik problemləri unutmalıdır, çünki onların böyük bir məqsədi var: tamaşa! Bu insanların dininin, dilinin, dərilərinin rənginin, milliyyətinin fərqi yoxdur, əgər onların sirk kimi bir məqsədi varsa.
 
- “Qızıl kloun” kimi böyük bir mükafat qazanıb, dünyanı öz nömrələriz ilə gəzirsiniz. Uğurun sirrini nədə görürsünüz?
 
- Hər şeydən əvvəl deyim ki, mükafat mənim üçün əhəmiyyətli deyil. Mükafat nəyinsə keyfiyyətini qaldırmır. Mənim tanıdığım fantastik artistlər var ki, bir dənə də mükafatları yoxdur. Mükafatı ancaq alanda sevinirsən, sonra gərək onu unudasan. Əgər unuda bilməsən, elə biləcəksən, ki, sən ən yaxşısan və bundan sonra daha yaxşı olmağa çalışmayacaqsan.
 
- Sirk artistinin və ya sözsüz tamaşa oynayan pantomima aktyorunun günlərlə məşq etdiyi tryuk bəzən tamaşa zamanı alınmır. Amma cənab Lariblenin sənətinin üstünlüyü odur ki, alınmayan bir hissəni də uğura çevirə bilər. Bəs tamaşa zamanı gerçək gərginlik nə olur?
 
- Siz haqlısınız, klounun üstünlüyü odur ki, o, hər zaman improvizə edə bilir. Kloun caz musiqiçisi kimidir. Klassik musiqi ifaçısı notdan kənara çıxa bilmir. Caz ifaçısı isə istədiyi improvizəni edə bilər. Bu mənada çox zaman gərginlikdən çıxa bilirəm. Və hansısa məqam yadıma gəlmir.
 
- Dilini bilmədiyiniz bir publika ilə ünsiyyətdə olursunuz. Nə kimi vəziyyətlərə düşürsünüz?
 
- Mənim üçün söz əhəmiyyətli deyil. Mənə görə sükut, sözsüzlük ünsiyyətin ən üstün səviyyəsi, zirvəsidir. Gülüş var, mimika var, jestlər var. Bunlar da bir cür ünsiyyətdir.
 
- Bəs səhnədə sizin özünüzü güldürən bir situasiya olubmu?
 
- Elə sizin şəhərdə baş tutan seanslardan birində oldu bu. Nömrələrimin birində səhnəyə altı nəfər çıxarıram. Onlardan biri gənc qadın olmalıdır və ona zınqırov verirəm. Qadın mən işarə edəndə onu çalmalıdır. O günkü seansda səhnəyə çıxardığım qadın zınqırov çalmaq əvəzinə, məni, ozünü, səhnəni, zınqırovu telefonunun kamerasına çəkirdi. Adamlar gülürdü. Nömrə baş tutmurdu. Onda mən məcbur oldum ki, xanımın telefonunu alıb öz cibimə qoyum. Belə də etdim. Yalnız bundan sonra o oyuna qoşula bildi.
 
- Bəs sirkdə, öz proqramından kənarda, ümumiyyətlə sirk həyatında sevmədiyi nədir?
 
- Mən sirkdən kənarda da xeyli başqa işlə məşğul oluram. Amma ən çox sirki sevirəm. Bizim işimiz daha səmimidir.
 
- Məsələn, heyvanlara münasibət? Onlar səhnəyə çıxanadək təlimlər keçirlər və bu həmişə xoş rəftar olmur.
 
- Mən heyvanlara qarşı hansısa bir pis rəftar görsəm, oradan çıxıram, orada qalmıram. Amma mən heyvan xəstələnəndə yatmayan, onun yanında oturan insanlar, təlimçilər görmüşəm, onların heyvana bağlılığını görmüşəm. Heyvanlar azad olmalıdır, sirkdə yox, təbiətdə yaşamalıdır deyənlər var. Və mən onlarla razıyam. Amma bütün heyvanlar. Atlar da pişiklər də, itlər də azad olmalıdır.
 
- İnsanlarda belə bir mif var ki, sirk artistlərinin səhnəarxası həyatı faciəvidir...
 
- Bu, doğru düşüncə deyil. Sirk artistlərinin də jurnalist, sürücü, aşpaz kimi sadə həyatı, adi problemləri var. Amma bir fərq var: Sirkdə işləyən insanlar işlərini sevən insanlardır. Dünyada işləyən insanlarınsa səksən faizi adətən, öz işlərini sevmir.
 
- Sizin çıxış etdiyiniz “Forsaj şou” proqramında da belə nömrələr çox idi. Aparıcı elan edirdi ki, bu nömrə sığortalanmayıb və kiçik səhv artistə, akrobata həyatı bahasına başa gələ bilər. Öz həmkarlarının işinə baxanda necə düşünürsünüz, publikanın bir anlıq heyrətinə görə, həyatla risk etməyə dəyərmi?
 
- Sirkdə hər bir şeyin təhlükəsi riski var. Amma aktyorlar aylarla məşq edir. Təhlükəyə qalsa, mənim küçənin o biri tərəfinə yolu keçməyim təhlükədir. Amma bununla heç kimi nə heyrətləndirə nə də sevindirə bilərəm.
 
- Cənab Larible, öz peşənizi həm də bir missiya kimi qəbul edirsinizmi? Məsələn, sirkdə tamaşa oynamaq deyil, küçədə kefsiz bir uşaq və ya insan görəndə bu sizi düşündürürmü?
 
- Kloun həyat tərzidir. Biz əşyaları olduğu kimi görmək istəmirik. Görmək istədiyimizi görürük. Məsələn, siz indi bu stolun üstündə bir fotoaparat görürsünüz. Amma mən düşünürəm ki, o fotoaparat qəfildən öz özünə tərpənib şəkillər çəksəydi və fotoqrafınız onu saxlamağa çalışaraq düymələrini axtarsaydı necə də maraqlı olardı... Mənim düşüncələrim bunlardır.
 
- Cənab Larible, bəs bir kloun çıxılmaz vəziyyətə düşərsə, hadisələrə, situasiyaya komik bir rakurs tapa bilirmi və bu, ona kömək edirmi?
 
- Həmişə yox. Həmişə vəziyyətdən çıxmaq çətin olur. Mən sadəcə tamaşaya problemlə çıxa bilmərəm.
 
- Bəs depressiya?
 
- Bir həftə qabaq, bura gəlməmişdən mən atamı itirdim. Cümə axşamı atam vəfat etdi. Bazar ertəsi onun dəfni idi. Çərşənbə günü artıq Bakıya gəlmişdim. Mənə həddən artıq çətin idi. Amma məni görməyə gələn adamlar bunu bilə bilməzlər. Bilməli də deyillər. Onlar gülmək, şənlənmək istəyir.
 
- Bizim mədəniyyətimizdə məhz bu formatda klounada ənənəvi sənət deyil. Və klounada daha çox teatr aktyorlarının ikinci işi kimidir. Onlar nömrələr hazırlayır və şənliklərdə, ad günlərində təqdim edir və pul qazanırlar. Bəs sizin və tanıdığınız klounların ikinci işi nədir? Axı sirk tamaşaları həmişə olmur?
 
- Avropada kloun sənəti incəsənətin bir növüdür, rəngkarlıq və rəqs kimi. Məsələn, mən Bakıdan gedəndən sonra Los-Ancelesdə aktyorlara bir “Work shop” keçəcəyəm, onlara kloun sənətindən bilgilər verəcəm. Klounada 16-cı əsrlərdən gələn qədim bir sənət növüdür. Kukla teatrı kimi, Marionet teatrı kimi bir sənət növüdür. Və biz bunu tək sirklərdə göstərmirik, müxtəlif məkanlarda proqramlarda çıxış edirik.
 
- Sizin proqramınız getdiyiniz ölkənin mədəniyyətinə, adətlərinə görə dəyişirmi?
 
- Əlbəttə. Biz proqramı nəzərdən keçiririk. Hər xalqın mədəniyyətinə uyğunlaşdırırıq. Məsələn, mən Amerikada çıxış edəndə bilirəm ki, o bayaqkı nömrədə xanımı qucaqlaya bilərəm. Amma Azərbaycanda bunu etmərəm. Getdiyin ölkənin adət-ənənəsinə hörmət etmək lazımdır.
 
- Azərbaycan tamaşaçıları nə ilə fərqlənib sizin üçün?
 
- Açıq və ünsiyyətcil publikadır. Düzü bu qədər yaxşı olacağını düşünmürdüm. Kontakta girirlər, xoşniyyətlidirlər, yumoru və musiqini çox sevirlər.
 
- Kino fəaliyyəti ilə məşğul olduğunuzu dediniz. Bunlar nə filmlərdir, mövzusu nədir.
 
- Film çəkmək o qədər də mənim xoşuma gəlmir. Bəzi işlərim var. Amma mən publikaya ehtiyacım var. Film çəkəndə öz arzunu, istəyini, məqsədini hər dəfə itirirsən. Mənim teatr tamaşalarım var. Bu filmdən daha yaxşıdır.
 
- Harada yaşadığınızı bilmək istəyirəm.
 
- Mənim Veronada və Las-Veqasda evim var və hər ikisində yaşayıram.
 
- Gördüyünüz qədər bizim mədəniyyətimizdə sizə maraqlı gələn nə olub?
 
- Bakını gözəl bir şəhər kimi kəşf etdim. Sosial şəbəkədən dostlarıma buranın necə gözəl olduğunu yazdım. Şəhərin gözəlliyi modernlə qədimiliyin vəhdətidir.
 
pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

Deputatdan soyadların milliləşdirilməsi barədə növbəti təklif

bitmap-img3

Rakurs

Bir villanın izi ilə … “Kristal CF” şefi haqda şok məlumatlar

bitmap-img3

Seçmələr

İş adamı Şirzad Abdullayevə verdiyi 10 milyonu tələb edir

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru