Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İtaliyada zəlzələ - ölən və yaralananlar var


İtaliyanın İskya adasında baş verən zəlzələ nəticəsində 2 nəfər ölüb, 25 nəfər xəsarət alıb


APA-nın məlumatına görə, bu barədə “Rai News 24” telekanalı xəbər verib.
 
Xilasedicilər dağıntılar altında qalanların ola biləcəyini və ölənlərin sayının artacağını istisna etmirlər.
 
Yay mövsümündə İskya adası çox sayda turist qəbul edir. Hazırda adada yerli əhali daxil olmaqla təxminən 250 min nəfərin olduğu bildirilir. Almaniya kansleri Angela Merkel dəfələrlə məzuniyyətini İskya adasında keçirib.
 
Son məlumatlara əsasən, İtaliyanın İskya adasında baş verən zəlzələnin maqnitudası 4,0 olub. Yeraltı təkanların episentri adanın qərb sahilində, ocağı isə 10 km dərinlikdə yerləşib.
 
***
 
İtaliyanın İskya adasında baş verən zəlzələ nəticəsində bir qadın ölüb.
 
APA-nın məlumatına görə, bu barədə “Rai News 24” telekanalı xəbər verib.
 
Xilasedicilər dağıntılar altında qalanların ola biləcəyini və ölənlərin sayının artacağını istisna etmirlər. Hazırda İskya kurort adasında elektrik enerjisi tamamilə kəsilib.
 
***
 
İtaliyanın İskya adasında 3,6 bal gücündə zəlzələ baş verib.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri adanın qərb sahilində, ocağı isə 10 km dərinlikdə yerləşib.
 
Hadisə nəticəsində xəsarət alan və itkin düşənlərin olduğu bildirilir. Bir sıra yaşayış məntəqələrində dağıntılar qeydə alınıb.
 
Qeyd edək ki, 2016-cı il, avqust 24-də İtaliyanın Amatriçe şəhərində baş verən 6,0 ballıq zəlzələ nəticəsində 298 ölmüş, yüzlərlə insan yaralanmışdı, 3 minədək insan evsiz qalmışdı. 

 

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar