Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İtaliyada otel faciəsi - 23 nəfər itkin düşüb

İtaliyanın Abruzzo vilayəti rayonunda Rigopiano di Farindola otelinin qar uçqunu altında qalması nəticəsində itkin düşmüş 23 nəfərin axtarışları aramsız davam etdirilir. Xilasedicilər otelin dağıntıları altında daha kimisə sağ tapacaqlarına ümidlərini itirmirlər


PİA.AZ Azərtac-a istinadla xəbər verir ki, son məlumata görə, indiyədək hadisə yerində 6 nəfərin cəsədi aşkarlanıb, 4-ü uşaq olmaqla 11 nəfər xilas edilib. 

Qar əsirliyindən sağ qurtaranların həyatı üçün heç bir təhlükə yoxdur. Yalnız bir nəfərə cərrahi müdaxilə lazım gəlib. Həkimlər bildirirlər ki, xilas olunmuş 4 uşaq tezliklə evlərinə qayıda biləcəklər.

Faciə ilə bağlı cinayət işi başlanıb. Otel sahibləri səhlənkarlıqda ittiham olunurlar.

Çərşənbə günü gecə Qran-Sasso dağ massivində baş vermiş qar uçqunu zamanı oteldə 40 nəfərədək insan olub. Uçqun nəticəsində dördmərtəbəli otel tamam dağılıb. Xilasetmə xidmətlərinin nümayəndələri binanın üzərinə120 min ton qar töküldüyünü bildirirlər.

Hazırda hadisə yerində aparılan axtarış-xilasetmə əməliyyatında yanğınsöndürənlər, hərbçilər, polislər və alpinistlər iştirak edirlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar