Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İtaliyada birinci Azərbaycan film festivalı başa çatıb


Romanın “Villa Borghese” parkındakı tarixi “Casa del Cinema” kino evində keçirilən İtaliyada birinci Azərbaycan film festivalı başa çatıb


Azərbaycanın İtaliyadakı səfirliyindən verilən xəbərə görə, festivalın rəsmi açlışında Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli, Gürcüstanın İtaliyadakı səfiri Karlo Sikharulidze, məşhur italyan rejissoru və ssenaristi, Oskar və Bafta mükafatları laureatı Cianni Kuaranta və italyan professor, “Əsəd bəy, azərbaycanlı yazıçı Pozitanoda” adlı kitabın müəllifi Romolo Erkolino çıxış ediblər.

Rəsmi açılışdan sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu “Əli və Nino” filmi nümayiş edilib. Festivalın ikinci günü Arzu Əliyevanın baş prodüseri olduğu, Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin taleyindən bəhs edən “Əbədi ezamiyyət” sənədli filminin nümayişi ilə başlayıb.

Həmin gün festival “Pərdə”, “Yarımçıq xatirələr” və “İçəri Şəhər” bədii filmlərinin nümayişi ilə davam etdirilib. “İçəri Şəhər” filminin nümayişindən öncə festivalda iştirak edən həmin filmin ssenari müəllifi və baş rol ifaçılarından biri Təhminə Rafaella çıxış edərək film barədə məlumat verib. 

Festivalın sonuncu günü Arzu Əliyevanın baş prodüseri olduğu, Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan, 2016-cı ildə ölkəmizdə “Multikulturalizm İli” çərçivəsində ərsəyə gəlmiş və Azərbaycanda yaşayan müxtəlif mədəniyyət, adət-ənənə, fərqli dil və dini etiqada sahib olan azsaylı xalqların və etnik qrupların həyatından bəhs edən “Bir günəş altında” sənədli filmi nümayiş olunub. 

Həmin gün Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında çəkilmiş “Hökmdarın taleyi” bədii filmi də nümayiş etdirilib. Sonra festival “Nabat” bədii filminin nümayişi ilə davam edib. 

Festival “Həddən artıq uyğunluq” bədii filminin təqdimatı ilə başa çatıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar