Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İtaliya səfirliyi Azərbaycan tələbələrinə viza verməkdən imtina etdi

İtaliya ali məktəblərinə daxil olmuş onlarla azərbaycanlı tələbə bu ölkəyə giriş üçün viza ala bilmir


Virtualaz.org-un məlumatına görə, İtaliyaya getməyə çalışanların bütün lazımi sənədləri təqdim etmələrinə baxmayaraq, bu ölkənin səfirliyi səbəbini izah etmədən vizaların verilməsini yubadır.

Tələbələr müvafiq sorğularla Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət ediblər. Orada onlara söz veriblər ki, problemi araşdıracaq və onu həll etməyə çalışacaqlar.

Ancaq diplomatik mənbələrdən virtualaz.org-a məlum olub ki, bizim respublikamızdan olan tələbələrə vizaların verilməsində səfirliyin imtinasının səbəbi son illər ərzində İtaliya universitetlərinin bir çox maarifləndirici proqramlar tətbiq etməsi və nəticədə bu ali məktəblərə Azərbaycandan həddən artıq gənclərin daxil olmasıdır. Amma diplomatik nümayəndəlik bu tələbələrin əksəriyyətinin nəinki italyan, o cümlədən başqa xarici dillərdə danışa bilməməsini nəzərə alaraq, bu kateqoriyadan olan şəxslərə vizalarının verilməsi qaydalarını sərtləşdirib.

Hazırda İtaliyada Azərbaycandan olan 1000-dən çox tələbə təhsil alır ki, bu da Avropa üçün kifayət qədər yüksək göstəricidir. Bu il isə İtaliya səfirliyinə bu qəbildən 500-dən çox müraciət daxil olub. Ancaq Avropadakı miqrasiya böhranı İtaliyanı da viza qaydalarını sərtləşdirməyə məcbur edib. Yeri gəlmişkən, bu istənilən suveren dövlətin hüququdur.

Bununla belə, Azərbaycanın müvafiq strukturları italyan tərəfilə daim əlaqədədir və problemi nəzarətdə saxlayır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar