Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İtaətkar hakimin saxta humanizmi, gerçək zülmü

Bu adamı İsa peyğəmbərin haqqında edam hökmü çıxarıb çarmıxa çəkdirən prefekt-prokurator Ponti Pilatla müqayisə etsək, peyğəmbər qatili məsum görünər. Çünki o, ən azı üç dəfə İsanı edam etməkdən imtina edib, edam tələb edən kütləyə qarşı çıxıb


Ənvər Seyidov isə heç zaman günahsız insanlara ağır cəza tələb edənlərə qarşı çıxmaz, müticəsinə onların dediklərini can-başla yerinə yetirər, təqsirsiz insanları həbsxanaya göndərməkdən çəkinməz. 

Bugünlərdə 10 il həbs cəzası kəsilən Qiyas İbrahim bu “məşhur hakim”in məhkum etdiyi nə birinci günahsız şəxsdir, nə də sonuncu. Bundan əvvəl Seyidov çox gənc ömürləri baltalayıb.

Birini xatırlayaq. O günahsız insanın taleyi 15 ildir ki, yaddan çıxmır. Ancaq şəkili Cövdət Qazıyevi məhz Ənvər Seyidovun məhkum etdiyi çoxlarının xatirində deyildi, bu günlərdə bu detalı “Yeni Müsavat”ın hazırda İsveçdə yaşayan keçmiş əməkdaşı Rahib Kazımlı sosial şəbəkədə yazıb. Sabiq əməkdaşımız 2000-ci ilin noyabr ayında Şəkidə baş verən hadisələrə görə həbs edilmiş və 2001-ci ildə Mingəçevir şəhərində qurulan məhkəmədə Seyidovun o günahsız insanları necə amansızcasına mühakimə etdiyini qeyd edib. 
O şəxslərdən biri də Cövdət Qazıyev olub. Cövdət ölkəmizdə hamının yaxşı tanıdığı bir adamın - 1992-93-cü illərdə müdafiə naziri olmuş Rəhim Qazıyevin əmisi oğluydu. Onu məhz bu qohumluğa görə həbs etmişdilər. 

Şəkidə polis-xalq qarşıdurması baş verən gün Cövdət, ümumiyyətlə, Şəkidə olmayıb, öz avtomobili ilə Bakıya adam gətiribmiş. Amma Şəkiyə qayıdan kimi onu da “iğtişaşların təşkilatçısı və fəalı” kimi həbsə alıblar, daha sonra məhkəmə qarşısına çıxarıblar. Ənvər Seyidov Cövdət Qazıyevin tam günahsız olduğunu bilə-bilə ona 6 il həbs cəzası kəsərək cəzaçəkmə müəssisəsinə göndərib. Bir müddətdən sonra Cövdət həbsxanada ölüb və onun o zaman azyaşlı olan 3 qızı yetim qalıb. (O vaxtlar media bu barədə çox yazmışdı). 

O yetim qızların ah-naləsi Ənvər Seyidovu təqib etməliydi, etdiyi bu haqsızlıq və onun acı nəticəsi hakimin vicdanını sızlatmalıydı. Amma belə görünür ki, Seyidov öz qəddarlığına, ədalətsizliyinə görə  vicdan əzabı çəkməyib.  

R.Kazımlı bu adamın ədalətsizliyini qeyd edərkən sözünü bu cümlə ilə bitirir: “Şəkili məhbuslardan birinin xanımının yanındakı kiçik yaşlı uşaqları ilə Mingəçevirdəki çayxanada yavan çörəyi şirinçaya batırıb yedikləri mənzərəni yaddaşımdan silmək istərdim”.

Hakim Seyidovun son 20 ildəki əmək bioqrafiyasında belə epizodlar çoxdur.
Bir də bu adam nasirmiş, romanlar, ssenarilər yazırmış. Paradoks. Yazıçılar əqidəli, humanist olurlar, daima haqq-ədalət çarçısı olmaq istəyir, haqqı nahaqın ayağına verməməyə çalışır, gücləri çatmayanda belə şər işlərdən uzaq olurlar. Amma 1997-ci ildən “Əsilzadələr məclisi”nin üzvü olan Seyidovun əməlləri nə əsilzadəlikdən xəbər verir, nə də humanistliyindən. 

Deyilə bilər ki, o, bir əmr quludur, rəhbərləri nə desə, onu etməlidir. Xeyr. Rəhbərlər öz tabeçiliklərində olanlardan ədalətsizlik, vicdansızlıq etməyi tələb edirlərsə, onlar bunu etməməlidirlər. Yuxarıdan gələn qanunsuz əmri kor-koranə icra etmək adamı məsuliyyətdən azad etmir və adam bilə-bilə cinayət hərəkəti edir. 

Fikir verirsinizsə, siyasi motivli işlərə həmişə demək olar ki, eyni hakimlər baxır. Siyasi dustaqları məhz bu tip hakimlər “istehsal” edirlər. Görünür, bu cür işlərə çıxmaqdan yayınan, hansısa şəkildə boyun qaçıranlar var. Amma Seyidov kimilər sovet pionerləri kimi hər şeyə həmişə hazırdırlar və yuxarıda oturanlar da gənc siyasi fəalları cəzalandıracaq hakim tapmaq üçün dağa-daşa düşmürlər. 

O gün bir nəfər sosial şəbəkədə yazmışdı ki, Ənvər Seyidov məhkəmə salonuna daxil olanda müttəhimlə əl tutuşur, mehribanlıq edir, gülümsər sifətlə dindirir, sonra da ən ağır cəzanı kəsib içəri göndərir. 

İndi bunun adı nədir: riyakarlıqmı, yoxsa xüsusi bir maniakal həvəsmi?

Yazını İsa peyğəmbərə edam cəzası verən Ponti Pilata dair cümlə ilə başlamışdıq, onunla da bitirək. Bir versiyaya görə, Ponti Pilat öz etdiklərindən vicdan əzabı çəkərək axırda özünə qəsd edib, onun cəsədini Tiber çayına atıblar, amma su meyiti götürməyib. Başqa bir versiyaya görə, o, despot Neron tərəfindən qətlə yetirilib. Aqibəti yaxşı olmayıb Pilatın.(musavat.com)


Yazar : Xalid KAZIMLI

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar