Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsveçrədə “İnternet-kompüter” yaradılır


İsveçrənin “DFINITY” şirkətinin mütəxəssisləri istifadəçilərin kompüterlərini xüsusi “İnternet-kompüter”ə çevirərək onları vahid desentralizasiya olunmuş bulud platformasına birləşdirməyə imkan verən açıq protokolun yaradılması üzərində çalışırlar


İKT.lent.az-ın Hi-news.ru-ya istinadən xəbərinə görə, istehsalçılar “Amazon”, “Google” və “Microsoft” kimi şirkətlərin bulud xidmətləri ilə rəqabət aparmağı planlaşdırırlar.

Onlar bildiriblər ki, “DFINITY” şəbəkəsinə qoşulacaq bütün istifadəçiləri açıq protokolun köməyilə birləşdirərək interneti güclü hesablama mərkəzinə çevirə bilən sistem yaratmaq niyyətindədirlər. Beləliklə, kompüterlərdən ibarət şəbəkə maksimal təhlükəsizlik və rəqabətə davamlı qiymətlərə zəmanət verərək bulud platformasının funksiyalarını yerinə yetirə biləcək. Bu platforma əsasında desentralizasiya olunmuş proqramlar yaratmaq mümkün olacaq. Bunun üçün “bulud 3.0” yaradıcıları xüsusi alətlər dəsti hazırlayacaqlar.

Artıq layihəyə təxminən 100 milyon dollar cəlb edilib. Platformanın beta-versiyasının bu ilin sonunda təqdim olunması nəzərdə tutulur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar