Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsveçdə 114-cü “Nobel həftəsi“ başlayır


Bu gün Stokholmda beynəlxalq "Nobel" mükafatının builki laureatlarının adları elan ediləcək


Report-un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, ənənəvi olaraq ilk laureatlar fiziologiya və ya tibb sahəsi üzrə seçiləcək.

Oktyabrın 6-da - fizika, 7-də - kimya, 9-da - Nobel Sülh mükafatı sahiblərini tapacaq. Habelə Alfred Nobelin xatirəsinə iqdisad elmləri üzrə İsveç Bankının mükafatı (Sveriges Riksbank Prize) təqdim ediləcək.

Ədəbiyyat üzrə "Nobel" mükafatının təqdim edilməsi tarixi barədə İsveç Akademiyası tərəfindən əlavə məlumat veriləcək.

Qeyd edək ki, "Nobel" mükafatı 1895-ci ildə Stokholmda Alfred Nobelin vəsiyyətnaməsi ilə qurulan fond tərəfindən təsis edilib.

Fondun maliyyə təminatı "Nobel Qardaşları" şirkətinin səhmindən əldə edilən gəlirlərin də payına düşür. Mükafat 1901-ci ildən Alfred Nobelin sərvətinin illik gəlirinin bərabər hissələrə bölünməsi ilə mütəmadi olaraq verilir.

Laureatlar hər il oktyabr ayında www.nobelprizes.org saytında elan olunur, daha sonra Alfred Nobelin anma günündə, yəni dekabrın 10-da mükafatlar təntənəli mərasimlə təqdim edilir. Verilən mükafatlar bunlardır: kimya, fizika, tibb və fiziologiya, ədəbiyyat və sülh üzrə Nobel mükafatları.

İlk vaxtlar mükafat yalnız sadalanan sahələr üzrə verilsə də, 1968-ci ildən başlayaraq iqtisadiyyat üzrə Svoriges Riksbank bankı tərəfindən Nobel mükafatının qurucusu Alfred Nobelin şərəfinə Svoriges Riksbank mükafatı verilməyə başlanıb, bununla da Nobel iqtisadiyyat mükafatı təsis edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar