Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstilik sistemləri sağlamlığa zərər vurur


Soyuq fəsillərdə evləri qızdırmaq üçün müxtəlif istilik sistemlərindən (kombi, kondisioner, kamin) istifadə olunur


 Lakin bizə istilik bəxş etməklə bu sistemlər evin havasını qurudur və bununla da sağlamlığımızda bəzi problemlər yaradır.

Orqanizmin müdafiə sistemi olan burun, ağız boşluğu, nəfəs yollarının selikli qişaları bizi infeksiya və mikroblardan qoruyur. Virus və mikroblar selikli qişalara düşərək burada "ilişir" və məhv olur. Evin havası quru olanda bu, selikli qişaların qurumasına səbəb olur ki, onlar artıq öz müdafiə funksiyasını normal yerinə yetirə bilmir. Bu isə soyuqdəymə və qrip xəstəliklərinin inkişafı riskini artırır.

Bundan əlavə istilik sistemlərinin təsirindən evin havasında oksigen azalır. Bu isə yorğunluğa, yuxululuğa, diqqətin azalmasına, baş ağrılarına səbəb olur.

Quru hava dəri və saçların vəziyyətinə də mənfi təsir edir - dəri və saçlar quruyur, cansız olur, dəridə qırışlar, saçlarda kəpək əmələ gəlir.  

Quru hava allergiyadan əziyyət çəkənlərin vəziyyətini də ağırlaşdırır.
 
İstilik sistemlərinin mənfi təsirini azaltmaq üçün evin havasını mütləq nəmləndirmək lazımdır. Bunu necə edək? 

PİA.AZ saglamolun.az-a istinadən bunun yollarını təqdim edir. 
 
1. Evin havasını gündə ən azı 2 dəfə dəyişmək lazımdır.
 
2. Döşəmələri hər gün silin.  
 
3. Evdə enli yarpaqlı bitkilərin, akvariumun olması da havanı nəmləndirir.
 
4. Evin müxtəlif yerlərində nimçələrdə su qoymaq olar.
 
5. Müasir nəmləndirici aparatlar da bu işdə sizə kömək edə bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar