Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstifadəçilərin söhbətlərini dinləyən casus proqramı aşkarlandı

"Kaspersky Lab" şirkətinin mütəxəssisləri mobil cihazlar vasitəsilə məqsədli izləmələr üçün nəzərdə tutulmuş mürəkkəb çoxfunksiyalı proqram təminatı aşkar ediblər


PİA.AZ lent.az-a istinadən xəbər verir ki, "Skygofree" adını alan zərərli implant ən azından 2014-cü ildən aktivdir və əvvəllər mobil cihazlara yönəlmiş zərərvericilər arasında rast gəlməyən bəzi funksiyaları özündə birləşdirir. Məsələn, "Skygofree" söhbətlərə "gizlicə qular asmağı" və devays cinayətkarlara lazım olduğu müəyyən bir yerdə meydana çıxan kimi səsləri tutmağı bacarır.
 
Bundan başqa, o, "WhatsApp" messencerindən məlumatları oğurlamağa və cihazı hücum edənlər tərəfindən nəzarən olunan "Wi-Fi" şəbəkəsinə qoşmağa qadirdir. Mütəxəssislər sözügedən zərərverici proqram təminatında 48 müxtəlif funksiya aşkar ediblər.
 
Eyni zamanda "Skygofree" foto və video çəkməyi, telefon zənglərini və SMS-ləri ələ keçirməyi, həmçinin lokasiya və təqvimdə qeyd olunmuş hadisələr haqqında məlumatları toplamağı bacarır. Bu casus proqram təminatında hətta dünyanın aparıcı mobil cihazlar istehsalçılarının biri tərəfindən hazırlanan enerjiyə qənaət texnologiyasını aldadan xüsusi funksiya da mövcuddur: implant özünü müdafiə olunmuş əlavələr siyahısına daxil edir ki, ekran söndürülən zaman onun fəaliyyəti avtomatik olaraq dayanmır.
 
"Skygofree" ilk növbədə mobil cihazlara yönəlməsinə baxmayaraq, tədqiqatlar onun "Windows" platforması üçün də nəzərdə tutulmuş bir neçə modulunu aşkar ediblər.
 
Sözügedən zərərverici proqram təminatı aparıcı mobil operatorların internet saytlarını təqlid edən veb-səhifələr vasitəsilə yayılır. "Kaspersky Lab"ın məlumatına əsasən, hazırda "Skygofree"nin bir neçə qurbanı müəyyən edilib ki, onların hamısı İtaliya ərazisindədir.
 
"Bu cür yüksək səviyyəli mobil cihazlar zərərvericilərini aşkar etmək və zərərsizləşdirmək olduqca mürəkkəb məsələdir, nəticədə cinayətkarlar istifadəçilərdə şübhə doğurmayacaq miqyaslı izləmə təşkil edə bilərlər. Bu proqram təminatının kodunu və onunla bağlı bütün infrastrukturu təhlil etdikdən sonra belə bir qənaətə gəlmək olar ki, bunların arxasında "HackingTeam"a bənzər izləmə həlləri hazırlayan italyan İT şirkəti durur", - deyə "Kaspersky Lab" şirkətinin antiviruslar üzrə eksperti Aleksey Firş bildirib.
 
"Kaspersky Lab"ın müdafiə həlləri "Skygofree"nin "Android" üçün nəzərdə tutulmuş versiyalarını HEUR:Trojan.AndroidOS.Skygofree.a və HEUR:Trojan.AndroidOS.Skygofree.b kimi, "Windows" üçün nümunələri isə UDS:DangerousObject.Multi.Generic kimi aşkar edir.
 
"Skygofree"nin imkanları haqqında daha ətraflı: https://securelist.com/skygofree-following-in-the-footsteps-of-hackingteam/83603/

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Ən çox oxunanalar