Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstanbuldakı teraktla bağlı sensasiyalı açıqlama - Foto

İstanbuldakı Atatürk hava limanında "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının törətdiyi, 42 nəfərin ölümünə, 239 nəfərin yaralanmasına səbəb olmuş terror aktı ilə bağlı yeni təfərrüatlar bəlli olub


Milli.az DHA-ya istinadən bildirir ki, Rusiya, Özbəkistan və Qırğızıstan vətəndaşları olan 3 "canlı bomba"nın əsas məqsədi hava limanında partlayış törətmək deyilmiş. Onların əvvəlcədən hazırlanmış təfərrüatlı planları vardı.

İŞİD İstanbulda terakt törətmək üçün Suriyanın Rəqqa şəhərindən İstanbula 3 dəstə yollayıb.

İstanbul polisi bu barədə iki həftə əvvəl operativ məlumatlar əldə edib. Rəqqadan göndərilmiş Rusiya vətəndaşları, çeçenlər Bekham Alim H. və Zelimhan H., habelə Türkiyə vətəndaşı Fuat G. Pendik və Başakşehir şəhərlərində keçirilmiş xüsusi əməliyyatlar zamanı, iyunun 18-də tutulublar. Onlar İŞİD-in yolladığı "Birinci dəstə" idilər. Terrorçuların qaldıqları mənzildə "canlı bomba" qurşağı, avtomatlar və tapançalar, partladıcı maddələr tapılıb. Bu dəstə İstanbulda keçirilən LGBT mitinqi əsnasında Taksim meydanında partlayış törətməli idi.

Ertəsi gün Mersin şəhərində İŞİD-in İstanbulda teraktlar keçirmək üçün yolladığı "İkinci dəstə" zərərsizləşdirilib. Özlərini yol təmirində çalışan iki fəhlə kimi qələmə verən İŞİD terrorçuları Tartus istiqamətindən İstanbula girmişdilər. Mersindəki əməliyyat zamanı İŞİD üzvü olan 2 İraq vətəndaşı tutuldu. Onlar "canlı bomba"lardılar. Daha sonra Sancaktepedə 6 nəfər tutulub.

"Üçüncü dəstə"dəki 3 nəfər isə İstanbuldakı Atatürk hava limanına yollanıb, beynəlxalq uçuşlar terminalına üz tutub. Dəstənin daha iki üzvü isə limanın ərazisindəki avtomobil dayanacığına gedib. Dayanacaqdakı terrorçulardan birini polis saxlamağa çalışanda o, özünü partladıb.

"Üçüncü dəstə"dəki terrorçuların məqsədi beynəlxalq uçuşlar terminalının D və C bölümlərindəki sərnişinləri atışma ilə partlayışlarda məhv etməkdi.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar