İstanbul polisi daha bir xüsusi əməliyyat keçirib. Yerli mətbuat yazır ki, əməliyyatlar İstanbulun 16 rayonunda keçirilib
Məlumata görə, əməliyyat nəticəsində İŞİD terror təşkilatının 51 üzvü saxlanılıb.
Saxlananlar arasında xarici vətəndaşların da olduğu deyilir.
Xatırladaq ki, İstanbulda mayın 15-də İŞİD-in 54, aprelin 28-də 41 üzvü saxlanılmışdı.
pia.az