Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstanbulda terror törədən Qırğızstan vətəndaşı deyil


Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları İstanbulda terror aktı törətməkdə şübhəli bilinən Yahya Maşrapovu sorğu-sual ediblər


Bu barədə Azadlıq Radiosunun Qırğızıstan xidmətinə komitənin nümayəndəsi Rahat Sulaymanov məlumat verib.

Bundan əvvəl sosial şəbəkələrdə şübhəli şəxs kimi onun pasportdakı fotosu və "selfi"si yayılmışdı.

Sulaymanov sorğu-sualın detalları barədə açıqlama veriləcəyini deyib.

Maşrapovun özü Turmush.kg saytına müsahibəsində İstanbuldakı gecə klubunda törədilən terror aktı ilə heç bir əlaqəsi olmadığını bildirib. Onun sözlərinə görə, dekabrın 28-də İstanbula uçub, 30-da isə Qırğızıstana qayıdıb.

31 dekabrda Qırğızıstanda olub, 1-də yenidən İstanbula dönüb, 3-də isə yenidən Bişkekə qayıdıb.

“İstanbul hava limanında təyyarəyə oturdum. Bu vaxt hüquq-mühafizə orqanlarının əməkdaşları içəri girərək məni təyyarədən çıxardılar. Onlar məni 1 saat sorğu-suala tutdular. Nəticədə Bişkek reysi gecikdi. Onlar bunun Yeni il axşamı törədilən terrorla bağlı olduğunu dedilər və bildirdilər ki, şəkildə zahirən bir qədər cinayətkara oxşayıram. Üzr istədilər və məni yenidən təyyarəyə buraxdılar”, deyə Maşrapov bildirib.

Qeyd edək ki, Yeni il axşamı İstanbuldakı “Reina” gecə klubuna edilən silahlı hücumda azı 39 nəfər ölüb, 69 nəfərsə yaralanıb.

Yerli KİV-lər bundan əvvəl polisə istinadla hücum edənin Özbəkistan və ya Qırğızıstan vətəndaşı olması barədə məlumat yaymışdılar.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar