Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstanbulda qanlı yeni il axşamı: Terrorçular 39 can aldı - Yenilənib


İstanbulda gecə klubunda törədilmiş terrorda ölənlərin sayı 39-a yüksəlib.



İstanbulda gecə klubunda törədilmiş terrorda ölənlərin sayı 39-a yüksəlib. APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
 
Nazir ölənlərdən 16-nın başqa ölkələrin vətəndaşı olduğunu açıqlayıb.
 
O, xəstəxanalarda 69 yaralının olduğunu da deyib.
 
***

Müsavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, şəhərin Ortaköy bölgəsində “Reina” adlı məşhur gece klubuna silahlı hücum edilib. İlkin məlumata görə, yerli vaxtla saat 01.15 radələrində “Şaxta Baba” geyimində olan 3 silahlı terrorçu gecə klubuna daxil olaraq, hər tərəfə atəş açmağa başlayıb. 

Həmin vaxt klubda  çoxusu gənclər olmaqla, 800 nəfərə yaxın insan olub. İlkin məlumatlara görə, silahlı hücum nəticəsində 1 polis, 34 mülki vətəndaş öldürülüb, 40-dan çox insan yaralanıb. Hadisə yerinə polis və həkim briqadaları cəlb olunub. Terrorçuların barın içərisində gizləndiyi ehtimal olunur. 

Olay yerinə gələn İstanbul valisi Vasip Şahin 35 nəfərin öldürüldüyünü, 40-dan çox yaralının olduğunu təsdiqləyib. Əməliyyat davam edir.

Ölü sayının arta bilməsi ehtimalı var.  

Türkiyə mediası bildirir ki, terrorçular ərəbcə danışırmışlar və bu da terroru İŞİD terror təşkilatının törətməsi versiyasını gücləndirir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Ən çox oxunanalar