Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstanbulda 1 yanvar terroru - hədəf: şənlənən insanlar, məqsəd: qırğın törətmək


İstanbulda baş verən və 39 insanın ölümünə, 60-dan artıq adamın yaralanmasına yol açan son terror olayı gözlənilirdi


Teraktın konkret harada, nə vaxt baş verəcəyi bilinmirdi, amma nəsə olacağı barədə xəbərdarlıq edənlər vardı. 

Həm də bu xəbərdarlıq təkcə terror aktlarının sıx-sıx yaşandığı Türkiyəni əhatə etmirdi, risk qrupuna daxil olan ölkələr çox idi. 

Xatırlayarsaq, ötən ilin son günlərində ölkəmizdə keçirilən bir sıra konsertlər təxirə salınmış, orta məktəblərdə şənliklər ləğv edilmişdi. 

Bütün bunlarda məqsəd insanların toplaşdığı məkanları minimuma endirmək, çirkin niyyəti olanların planını pozmaq, əhalinin ayıq-sayıqlığını artırmaq idi. Çünki ortada təhdidlər vardı.
Ancaq belə bir gerçəklik də var ki, milyonlarla insanın yaşadığı meqapolislərdə 100-150 insanın bir araya toplaşdığı minlərlə məkan olur və bunların hamısına “küçəyə çıxma yasağı” tətbiq etmək mümkün deyil. 

Lap şənliklərə toplaşmağı birtəhər yasaqlamaq mümkün olsa da, insanların alış-veriş mərkəzlərində, metroda, avtobusda toplu olmasını əngəlləmək imkan xaricindədir. 

Terrorçular isə bir qayda olaraq daha çox günahsız insan öldürmək, daha böyük səs-küy yaratmaq istəyir və daha müdafiəsiz adamları hədəf seçirlər. 

İstanbuldakı 1 yanvar terror ilə təkcə ötən ay baş verən analoji aktların arasındakı ən böyük fərq məhz hədəf məsələsindədir. 

Bundan əvvəl Türkiyədə terror hədəfi olaraq hərbçilər, polislər seçilirdisə, bu dəfə hərbi mükələfiyyəti olmayan mülki şəxslər, əylənənlər, turistlər seçilib.

Təbii ki, bu terror aktını öz üzərinə götürənlərin iddiasına baxmayaraq (bəzən hansısa terror qruplaşması terakta yalandan müəlliflik edir), istinaq araşdıracaq, terror aktını törədənlərin kimliyini təsbit edəcək. Amma dəst-xəttindən görünür ki, budəfəki terror aktının müəllifi Türkiyənin baş başabəlası PKK olmaya bilər. 

Çünki PKK dinc əhali ilə mübarizə aparmadığını bəyan edib və daha çox hərbçiləri terror hədəfi seçərək mübarizəsinin dünyada partizan hərəkatı, milli müstəqillik mübarizəsi kimi tanınmasına çalışır.

Son terakt daha çox İŞİD-in, “din davası” aparan bir təşkilatın işinə oxşayır. Bundan əvvəl din pərdəsi altına girmiş ekstremist təşkilatlar Yeni il şənliklərini “kafirlərin bayramı” elan etmiş, onun qeyd olunmasının müsəlmanlar üçün haram olduğunu bildirmişdilər. 

Yeri gəlmişkən, bayramdan bir gün öncə Türkiyənin demək olar ki, bütün camelərində Yeni ilin bayram edilməsinin məsləhət olmadığına dair vahid mətnli xütbə səslənmişdi.

Bu baxımdan terror hədəfi olaraq mülki şəxslərin, əylənənlərin, Yeni ilin gəlişi ilə bağlı şənlik mərasimi keçirənlərin seçilməsi göstərir ki, terrorçuların məqsədi məhz onları, yeni ili avropalılar kimi qarşılayanları cəzalandırmaq olub. 

Elə olmasaydı, onlar öz çirkin niyyətlərini İstanbulda insanların daha sıx toplaşdığı meydan və küçələrdə törədərdilər, amma terrorçular birbaşa ünvana “dəqiq zərbə” endirməyi üstün tutublar.

Bəli, bu, acı reallıqdır ki, bu saat Türkiyə dünyanın ən çox terror məruz qalan ölkəsidir. 30 gün ərzində 4 səs-küylü terror aktı heç bir ölkədə olmayıb.

Bunun əsas səbəblərindən biri də odur ki, son illərdə Türkiyəyə girən-çıxan bəlli deyil. Bütün qonşu dövlətlərdən hər cür adam asanlıqla Türkiyəyə daxil ola bilir. 

Qonşu ölkələrdən Türkiyəyə gələn milyonlarla qaçqının içərisində terror təşkilatlarının üzvü olan, yaxud da onlara rəğbət bəsləyən yüzlərlə caninin, hətta kamikadzenin olması labüddür. 

Budur, onlar yeri və zamanı gəldikdə terrorçu dairələrin əlində maşaya çevrilir, Türkiyəni vururlar. 

Artıq Türkiyə turistlər üçün ən arzuolunmaz məkana çevrilməkdədir. 3-4 il öncəylə müqayisədə yay və qış tətillərində bu ölkəyə gələn turistlərin sayında elə bir azalma var ki,bu, turizm sektorunun çökməsi deməkdir.  

Başqa sözlə, bu ölkədə terror aktları törədən dairələr (onlar bir-iki deyillər) müsəlman dünyasının ən inkişaf etmiş, parlaq ölkəsi olan Türkiyəni israrla şərq bataqlığına çəkirlər. 

 Xalid KAZIMLI(musavat.com)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar