Çərşənbə, 20 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

İsrailin gözləri qaradır?.. - Dünya Təl-Əvivin qətliamlarına niyə dözür?


Politoloq: “Yəhudilər vaxtilə çəkdikləri əziyyəti mövcud geosiyasi vəziyyət çərçivəsində digər xalqlara əziyyət verməklə çıxırlar. İsrailin yürütdüyü siyasətdə bu xətt bu gün əsas faktora çevirib”


“Səudiyyə Ərəbistanı düşünür ki, ABŞ Yaxın Şərq regionunda nə istəyirsə eləyə bilər, təki Vaşinqton  Səudiyyə Ərəbistanının anti-İran  siyasətində dəstək versin”.

Bu sözləri politoloq Mübariz Əhmədoğlu dünən Qəzza zolağında baş verənləri şərh edərkən deyib.

Dünən ABŞ-ın Qüds (Yerusəlim) şəhərində səfirlik açmasına etiraz olaraq İsrail və Qəzza zolağı arasındakı sərhədin 12 yerində kütləvi aksiyalar başlayıb. Fələstinli etirazçılarla İsrail hüquq-mühafizə orqanları arasında toqquşmalar zamanı İsrail hərbiçilərinin açdığı atəş nəticəsində 50-dən artıq fələstinlinin öldüyü, 2400-dən artıq  fələstinlinin isə yaralandığı bildirir. 

Qarşıdurmanın səbəbkarı olan Ağ Evdən isə bildiriblər ki, ölən və yaralılarla bağlı məsuliyyəti HƏMAS qruplaşması daşıyır. Ağ Evin sözçüsü Fələstinlə İsrail arasında yaşanan qarşıdurmalarla bağlı açıqlama verərək İsrailin dinc əhalini qırmasını dəstəkləyib. Belə ki,  Ağ Evin mətbuat katibinin köməkçisi Rac Şah İsrail əsgərlərinin Qəzza sərhədində silahlı hücumundan sonra onlarla fələstinlinin ölməsinə görə HƏMAS-ın məsuliyyət daşıdığını deyib. ABŞ-ın İsrail hökuməti və əsgərlərinin dinc və silahsız etirazçıları soyuqqanlıqla öldürmələri ilə bağlı heç bir dəyərləndirmə aparmaması da diqqət çəkn məqamlardan biri olub. 

Eyni zamanda İsrailin baş naziri Benyamin Netanyahu özünün “Tvitter” səhifəsində qarşıdurmaya münasibət bildirib və “Hər bir ölkə öz sərhədlərini qorumalıdır. HƏMAS İsrailin məhv edilməsi və minlərlə insanı öldürmək niyyətində olduğunu bəyan edir. Biz suverenliyimizi və vətəndaşlarımızı qorumaq üçün qətiyyətlə hərəkət etməyə davam edəcəyik” sözlərini yazıb. 

Digər Qərb ölkələrindən də İsrailin dinc etirazçıları kütləvi şəkildə öldürmələrini sərt qınayan açıqlamalar eşidilməyib. Təkcə Türkiyə baş verənləri sərt bir şəkildə tənqid edib. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İsraili “cinayətkar və terrorist dövlət” adlandırıb. Türkiyə həmçinin dünən ABŞ və İsraildəki səfirlərini geri çağırıb. Həmçinin Türkiyədə Qəzzə zolağındakı hadisələrlə bağlı 3 günlük matəm elan edilib.

Buna baxmayaraq Ərəb dövlətlərindən baş verən qətliamı kəskin qınaq atəşinə tutan səslər eşidilməyib. Xüsusilə Səudiyyə Ərbistanın və Misirin mövqeyi təəccüb doğuran amillərdəndir. Halbuki ötən əsrdə İsrailə qarşı mübarizənin başında bu iki ölkə gəlirdi. Küveyt isə dünən baş verənlərlə bağlı BMT TŞ-də müzakirəyə çıxarılması üçün müraciət edib. Bu gün məsələnin BMT TŞ-də müzakirə olunması gözlənilir. Lakin hər hansı bir qərarın qəbul olunmayacağı da əvvəlcədən məlumdur. Çünki qərar qətnaməsinin ABŞ tərəfindən veto ediləcəyi şübhə doğurmur.

Qeyd edək ki, artıq uzun illərdir ki, İsrailin silahsız insanlara qarşı qətliam törətməsinə qarşı böyük dövlətlərin susqunluq nümayiş etdirmələri bir tendensiya halını alıb. 

İsrailin qətliamına qarşı dünya dövlətlərinin mövqeyi ilə bağlı PİA.AZ-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlunun fikirlərini öyrənib. 

Image result for mübariz əhmədoğlu

Mübariz Əhmədoğlu: “Mövcud vəziyyətdə müsəlman dünyasında olan başıpozuqluq, qarşılıqlı nifrət ən yüksək səviyyədədir”.


- Mübariz bəy, İsrailin törətdiyi cinayətlərə qarşı susqunluğun və bütün hallarda İsrailin haqlı çıxarılmasının səbəbi nədir?

- Bu məsələdə ancaq təəssüflənmək olar. Dünən o insanlar günahsız yerə öz həyatlarını itirdilər. Dünyanın quruluşu belədir... Yəhudilər vaxtilə çəkdikləri əziyyəti  mövcud  geosiyasi vəziyyət çərçivəsində digər xalqlara əziyyət verməklə çıxırlar. İsrailin yürütdüyü siyasətdə bu xətt bu gün əsas faktora çevirib. Ona görə də öz nüfuzlarından və hakim durumlarından istifadə edərək dünya dövlətlərinə qarşı istəklərini reallaşdırırlar. Lakin zaman keçdikcə yəhudilərin dairəsi daralır. Hazırda Avropa ölkələrinin böyük əksəriyyəti ilə İsrail arasındakı münasibətlər əvvəlki kimi isti deyil. Hətta bəzi Avropa dövlətləri ilə münasibət olduqca soyuqdur. Avropa dövlətlərində yəhudilərə qarşı münasibət neqativə doğru dəyişməkdə davam edir. 

Hələlik məhz ABŞ yəhudiləri bütün hallarda müdafiə edir. Bunun səbəbi odur ki, ABŞ-ın xarici siyasətində lobbiçilik çox güclüdür  və yəhudi lobbisi də ABŞ-da öz gücünə görə ilkin sıralardadır. Eləcə də maliyyə imkanları da hədsiz çoxdur və bundan istifadə edir. 

Obama isə yəhudilərə qarşı müəyyən mənada sərt üz göstərirdi. Çox təəssüf ki, Obamanın bu addımı o qədər də genişləndirilmədi. Çox az adamın bildiyi bir məsələ də var ki,  Obama Fələstin və İran məsələsində inqilabi addım atdı. Hətta uzun illər düşmən olan bu iki dövlətlə münasibətləri də normallaşdırmışdı. Bununla yanaşı, yəhudiləri də kəskin tənqid etmişdi, bəzi anti-İsrail qərarlar qəbul etmişdi.  Heyf  ki, o zaman müsəlman dövlətləri, o cümlədən İran Obamaya dəstək vermədi. Obama Yaxın Şərqlə bağlı ortaya bir proqram  qoymuşdu. Obamanın dövründə İranla altılıq arasında nüvə müqaviləsinin imzalanması da həmin proqramın tərkib hissəsi idi. O proqrama görə, İran indikindən qat-qat güclü olacaqdı. Əgər o proqrama əməl edilsəydi, İsrail indiki vəziyyətə gəlib çıxmazdı. Lakin İsrailə qarşı böyük zəifliyi olan Tramp hakimiyyətə gəldikdən sonra vəziyyət tamamilə dəyişib. Tramp qətliamın olacağını bilə-bilə Qüdsdə səfirlik açdı. Ona görə də İsrailin ambisiyaları hər gün artır. ABŞ-da Obama kimi bir siyasətçi hakimiyyətə gələrsə, İsrailin artan ambisiyasının qarşısını almaq olar. 

Mübariz Əhmədoğlu: “Avropa dövlətlərində yəhudilərə qarşı münasibət neqativə doğru dəyişməkdə davam edir”. 


-Dünən baş verənlərlə bağlı ərəb dövlətlərinin,  xüsusən də Səudiyyə Əərbistanı və Misirin susqunluğu barədə nə deyə bilərsiniz? Sizcə, Səudiyyə Ərəbistanı ABŞ-dan  niyə bu qədər asılıdır? Burda ancaq İran faktoru rol oynayır?

- Əslində indiki şəraitdə Səudiyyə Ərəbistanının iqtisadi, maliyyə və ya başqa sahələrdə ABŞ-dan heç bir asılılığı yoxdur. Yeri gəlsə, Səudiyyə Ərəbistanı ABŞ-ın xeyrinə layihələr reallaşdırır. Sadəcə olaraq, mövcud vəziyyətdə müsəlman dünyasında olan başıpozuqluq, qarşılıqlı nifrət hökm sürür. İrana qarşı nifrət Səudiyyə Ərəbistanında ən yüksək səviyyədədir. Səudiyyə Ərəbistanı üçün bir nömrəli düşmən İsrail yox, İrandır.  Bu dövlət düşünür ki, ABŞ Yaxın Şərq regionunda nə istəyirsə eləsin, Səudiyyə Ərəbistanının anti-İran  siyasətində dəstək versin. Hətta vəlihəd şahzadə Məhəmməd ibn Salman bir müddət əvvəl İsraili “yaşamaq haqqı olan” dövlət adlandırdı və Səudiyyə Ərəbistanının hava məkanında İsrailin təyyarə uçuşlarına icazə verdi. Eyni zamanda Hindistanın aviaşirkəti artıq Səudiyyə ərəbistanın üzərindən İsrailə uçuşlar həyata keçirir. 

Bu prizma ilə Misirə də yanaşmaq olar. Sadəcə bir az fərqlilik var. Misir vaxtilə özünü ərəb sivilyaziyasının və millətçiliyinin banisi və lokomotivi hesab edirdi. Mübarəkin devrilməsi ilə başa çatan inqilabdan sonra isə Misir ərəb dövlətlərindən narazı kimi görünür. Eləcə də başa düşür  ki, təkbaşına İsrailin üstünə getmək doğru addım deyil. Bu baxımdan Misir hələlik gözləmə mövqeyindədir. Hesab edirəm ki, Misirin siyasəti Səudiyyə Ərəbistanına nisbətən daha tez dəyişəcək. 

-Səudiyyə Ərəbistanı Fələstin məsələsində Türkiyə ilə birlikdə hərəkət edərsə, Fələstin probleminin həlli yolu ola bilərmi?

-Bir ölkə nə qədər güclü olursa olsun, müharibə aparmağın öz qaydaları var. Bu davranış qaydaları ilə İsrailin həddini aşan qanunsuzluğunun qarşısını çox cüzi şəkildə almaq olar. Səudiyyə Ərəbistanının Türkiyə ilə koalisiyasına ehtiyacı yoxdur. Müsəlman dövlətləri içərisində birlik olsa, Fələstin problemini həll etmək mümkün olar. Səmimi birlik olarsa, elə İsrail də, ABŞ da öz işini biləcək. 

Gülşən ŞƏRİF
pia.az
Etiket:
loading...