Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail və İran savaş astanasında

Qüds hansı silahları işlədə bilər və Tehranın gücü nəyə çatar


ABŞ-ın Tehranla “nüvə sazişi”ndən birtərəfli çıxması haqda Donald Trampın bəyanatından sonra İran nüvə silahının yaradılması üzrə işi istənilən anda təzələmək hüququnu özündə saxlayır. Amma burası da var ki, bu sazişin perspektivinin özü ta başdan ilğımvariydi, çünki İsrail buna qarşı çıxış edirdi. Qərb “nüvə sazişi”ndən imtina etməzsə, Qüds İranın nüvə mərkzələrini özbaşına məhv etməyə hazır olduğunu əvvəllər bəyan edib. Öz növbəsində Tehrandan yəhudi dövlətinin ünvanına dəfələrlə hədə səslənib. İslam respublikası liderləri gizlətmirlər ki, İsraili məhv etmək niyyətindədirlər.

Tehran Həsrəti çəkilən ölkəni onun şimal sərəhədlərindən narahat etmək iqtidarındadır. İranın İsrailə quruyolu müdaxiləsi artıq bu üzdən mümkün deyil ki, ABŞRusiya bunu dedikcə mənfi qəbul edəcək. SAXAL obyektiv səbəblərdən ümumiyyətlə İran ərazisində quru əməliyyatları aparmaq gücündə deyil. Lakin İsrailin İslam respublikasının hərbi obyektləri və müdafiə-sənaye kompleksi müəssisələrinə zərbə endirmək üçün vasitələri var. Bununla yanaşı İsrail aviasiyasının imkanları yetərincə məhduddur. Qüdsün sərəncamında  yalnız çoxtəyinatlı F-15 (87 ədəd), F-16 (309 ədəd) və F-35 (9 bort, ən yaxın perspektivdə – 20) qırıcıları var.

F-16-nın uçuş zamanı 3940 litrlik AYÇ (asma yanacaq çəni-tərc.) konform çənlər və 1,5 tona qədər hərbi yüklə döyüş radiusu böyük-kiçik-kiçik-böyük yüksəklik çevrəsi üzrə 1361 km təşkil edir. F-15 1 tona qədər hərbi yüklə 1100 km radiusluq əməliyyatla  məhdudlaşır. F-15-in də göstəriciləri, təxminən, bu cürdür.

İsrailin Spice-250 (150 kq-a yaxın çəkidə, böyük yüksəklikdən atılarkən tam 1000-1100 km/saat sürətlə 100 km-dən uzaq hədəfə uçmaq qabiliyyəti olmaqla asta enən bomba) kimi döyüş sursatları, eyni uzaqmənzilli uçuşla AGM-142 Nap “hava-səth” raketləri (çəkisi 1.3 tondan artıqdır) indiki halda effektsiz olacaq. “Delilah” qanadlı raketi dörd tona yaxındır, 250 km uçur, amma yetərincə dağıdıcı gücə malik deyil. Yəni İsrail təyyarələri təshih olunan betondeşər asma bombalar götürməli və birbaşa hədəfin yanına atmalıdır. Təkcə Suriyanın deyil, İraqın da üzərindən uçmaq gərəkdiyi nəzərə alınsa, aydındır ki, havada əlavə yanacaq vurmadan ötüşmək olmayacaq. Çünki uçuş yerindən İranın nüvə mərkəzləri və uyğun istehsala qədər məsafə 1600 km-i keçir. MAQATE-yə bu cür, ən azı, 17 obyekt məlumdur:  Ənarak, Əraq,  Ərdəkan Bonab, Buşəhr, Çalus, Dərxovin, Fordo (Qum), İsfahan, Kərəj, Ləşkərabad, Ləvizan (Tehran), Natanz, Pərşin, Səghənd, Yəzd, Tehran reaktoru.

Nüvə döyüş başlıqları hazırlanmasıyla bağlı müəssisələrdən savayı çatdırma vasitələrinin (raketlərin) bütün istehsalını da məhv etmək lazımdır. Vəzifə özlüyündə olduqca tutumludur və bir zərbəylə həll olunmayacaq. Bu zaman unutmaq lazım deyil ki, İran lap mükəmməl olmasa da,  amma İsrailin planlarına ciddi mane ola biləsi çoxsaylı HHM vasitələrinə malikdir.

Tutaq ki, Səudiyyə Ərəbistanı və qonşuluqdakı başqa ərəb monarxiyaları əleyhinə deyil ki,  SAXAL özünün zərbə təyyarələrinə Fars körfəzi üzərində əlavə yanacaq vurulmasını təşkil etsin. Fərq etməz, İsrail aviasiyası İranın hərbi-sənaye kompleksinə ağılı-başlı ziyan vurmaqda gücsüzdür. SAXAL aviasiyasının əsas qüvvələrinin birinci dalğasını İran HHM vasitələrinin susdurulması və ləğvinə yönəltməli və təyyarələrin yalnız cüzi bölümünü daha mükəmməl HHM, o cümlədən S-300 ZRK ilə müdafiə olunan daha önəmli obyektlərə yollamalı olacaq. Lakin İsrail təyyarələrinin daşıya bildiyi döyüş sursatları ancaq səthdə yerləşən tikililəri dağıtmağa qabildir ki, bu da mənasızdır.

SAXAL-ın silahlanmasında 2,5 min km uzaqmənzilli “Epixon-2” ballistik raketləri və 11 min km-dən çox məsafəni qət edə bilən “Epixon-3” var. Amma bunların qeyri-nüvə döyüş hissələri də yetərincə dağıdıcı gücə sahib deyil.

İsrail Fars körfəzinə göyərtəsində qanadlı raketlərlə bir-iki, ya da daha çox dizel-elektrik sualtı qayığı (DESQ) göndərə bilər. SAXAL-ın silahlanmasında, ən azı, İsrail istehsalı olan və 1500 km məsafə qət edə biləcək qanadlı raketlərlə təchiz edilmiş beş “Dolphin” sinfili 8000 mil mənzillik avtonom üzüşlü DESQ var. Amma bunlar İran HSK-ə əsaslı ziyan vurmaq iqtidarında deyil. İndiki halda effektli tədbir nüvə zərbəsi ola bilər, amma güman etmirəm ki, Qüds bu addıma gedər.

Ciddi iş üçün böyük dağıdıcılıq gücə malik döyüş sursatı daşıya bilən B-52, B-2, B-1B tipli bombardmançı uzaqmənzilli strateji aviasiya gərəkdir. Görünür, Qüds Vaşinqtonun yardımı olmadan ötüşməyəcək. İsrail özbaşına İran HHM və aviasiyasını xeyli didə, pis qorunan hərbi istehsal obyektlərini dağıda bilər. Bununla yanaşı, Buşəhr AES-ə toxunmaq olmaz, Fars körfəzi ölkələrinə bölgədəki “Çernobıl” xoş gəlməz. İndiki anda İsraillə İran arasında raket zərbələri mübadiləsi kimi görünür (Qüds tərəfdən qeyri-nüvə döyüş başlıqları işlədilməklə).

Öz növbəsində İranın ortamənzil kateqoriyasına aid ballistik raketlərindən (OMBR) İsrailin ehtiyatlanması lazım gəlir. Məsələn, Həsrəti çəkilən ölkəni döyüş hissəsi 800 kq olan pilləli “Şahab-3B” OMBR (2,5 min km-ədək məsafə qət edir), “Şahab-3M” (2 min km), “Səcil-2” (2,5 min km-ədək), “Xürrəmşəhr” (2 min km-ədək) təhdid edə bilər. İranın silahlanmasında İsrailə qədər uça bilən qanadı “Mişkat”, “Zəfər” raketləri var. İran HDQ gəmiləri 2008-in noyabrından rotasiya əsasında Ədən körfəzində keşik çəkir. İranın dizel-elektrik sualtı qayıqları (layihə 877) bu yaxınlarda modernləşmədən keçib və ehtimal ki, “Klab S” QR-lə silahlanıb. Onlar Qırmızı dənizdə yerləşməklə Əkaba körfəzinə girməzdən əvvəl raket zərbəsi enidmək iqtidarındadır.

Aleksandr Şarkovski

Nezavisimaya gazeta, 23.04.2018

 Tərcümə Strateq.az-ındır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar