Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail Rusiya ilə qarşıdurmadan niyə qaçır? – Əsədin taleyi Putinin əlindədir



Ben Kaspit

“Al-Monitor”


İsraildəki hakim rəyə əsasən, yaxın gələcəkdə Əsəd rejiminin çökəcəyinə dair heç bir gözlənti yoxdur. 

Bundan əlavə, İsrail ekspertləri güman edirlər ki, Suriyanın dövlət başçısı Bəşər Əsədin paytaxt Şamdan başlayan və Hələb, Hums şəhərləri də daxil olmaqla, şimaldakı Ələvistana (Lazkiya limanının yerləşdiyi ələvi anklavı) doğru uzanan nəzarət dəhlizinin mövcudluğunu təmin etmək vəzifəsini tamamlayıb. İndi o, nəzarət sahəsini Deyr əz-Zor səmtində genişləndirir.

Son bir ildə parçalanmış Suriya xəritəsində aydın təkamül baş verib. Əsədin nəzarəti altındakı Suriyanın ürəyi artan templə və qiyamçıların nəzarəti altında sahələrin ardıcıl azalması ilə, sabit sürətlə genişlənməkdədir. Hətta İŞİD-in nəzarət etdiyi ərazilər gəmirilib.

İsrail ekspertlərinin fikrincə, Suriyada müharibə yaxın gələcəkdə də davam edəcək, lakin bu nöqtədə güc balansı aydın şəkildə Əsədin xeyrinədir.

Təl-Əvivdə Əsədin nəzarəti altındakı ərazilər indi "Əsədistan" kimi tanınır. Bu yeni, dar, ölkə tarixi Suriyada daha kiçik ola bilər, lakin o mövcuddur. Mövcuddur, amma bir düzəlişlə: "Rusiya prezidenti Vladimir Putin olmadan Əsəd də yoxdur".

Bunu “Al-Monitor”a anonimlik şərtilə bir İsrail eksperti bildirib: "Əsəd iqtidarının yaşaması Putinin xoşməramlılığından asılıdır".

Yüksək mənsəbli israilli mənbə “Al-Monitor”a açıqlamasında deyib: "Putinin Birləşmiş Ştatları Yaxın Şərqdən necə çıxarması və regionda dominant gücə çevrilməsi günlərin bir günü strategiya məktəblərdə tədris olunacaq".

Putinin Obama administrasiyası ilə avantürizmi artıq şərhə ehtiyac duymur. Prezident Obamanın Suriyada kimyəvi silah sistemlərinə hücum etməməsi ucbatından Rusiya regionda dominant güc və Əsədin yaşaması üçün mühüm vəsilə oldu. Putin etiraf etdi ki, Obama və Tramp administrasiyalarını birləşdirən vaxt dəhlizi yeni admistrasiyanın öz mövqe və yanaşmasını inkişaf etdirməyə imkan verməyən paz idi.

"Burada baş verənlərə diqqət yetirin, – bir israilli ekspert anonimlik şərti ilə “Al-Monitor”a deyib. – Prezident Donald Tramp yanvarın 20-də, cümə günü and içdi, şənbə və bazar günləri isə Vaşinqtonda istirahət edirlər. Bazar ertəsi, yanvarın 23-də Tramp yuxudan oyandıqda, Astanada, Qazaxıstanın paytaxtında Suriya münaqişəsinin həlli üzrə beynəlxalq konfrans tam gücü ilə işə başlamışdı".

Bu konfrans Putinin təşəbbüsü ilə başlamışdı. Rusiyadan başqa, fəxri qonaqlar iranlılar və türklər idi. Putin uzun müddətdir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla yaxın münasibətlər qurur. Bu həftə isə İran prezidenti Həsən Ruhani Moskvada səmimi qarşılandı.

İşə başlamasının ilk günündən Tramp Suriya məsələsində çox-çox geridə qaldığını aşkarlayıb: "İndi amerikalılar İŞİD-ə qarşı Suriyanın şimalında Putinin gördüyü işi təkrarlayır və kürdlərə kömək edirlər. Bu regionlarda baş verənlər Əsədin baş ağrısıdır. Onun taleyi məhz orada həll ediləcək. Putin bu taleyi iranlıların və “Hizbullah"ın köməyi ilə yazacaq”.

İsrail bu dolaşıq vəziyyətdə həddindən artıq ehtiyatlı manevrlər edir. Həmçinin qətiyyət, həm də ciddi narahatlıq göstərməyə çalışır.

Təl-Əviv iddia edir ki, İsrail hərbi hava qüvvələrinin Suriya hava məkanında sərbəst fəaliyyəti saxlanılır və riskə məruz qalmır.

Ruslar təzyiq hiss edir və iki səbəbə əsaslanırlar.

Birincisi, Tadmorda İsrailin hücum hədəfi Rusiya qüvvələrinə yaxın idi. Hərçənd Rusiya qüvvələrinə təhlükə yoxudu, amma bəzi həssaslıqlar nəzərə alınmalıdır.

İkinci səbəb odur ki, əvvəlki hallardan fərqli olaraq, bu dəfə İsrail “Arrow” raketlərinin bir batareyasının yerləşdirilməsi ilə hücum üçün məsuliyyəti öz üzərinə götürmüşdü.

İsrailin “tualetdən çıxması” (Suriyadakı hədəflərə hücum) Putinə təzyiqdir. Bölgədəki hər kəs: İran, “Hizbullah”, Əsəd, qiyamçı qruplar, türklər baxışlarını Putinə zilləmişdi. Hamı düşünürdü ki, görəsən, “yerli ağa” buna necə cavab verəcək? Bu oyunçuların bəziləri də İsrailin azğın fəaliyyətinə son qoymaq üçün ruslara təzyiq göstərdi.

Lakin Rusiyanın təpkisi minimal oldu. Eyni zamanda, İsrail Əsədin nə düşündüyünü və növbəti dəfə hücuma necə cavab verəcəyini bilmir. İsrail öz hərbi hava qüvvələrini Suriya hava sahəsinə göndərdikdə, İsrail təyyarələri yenidən atəşə tutularsa, nə baş verəcək?

Baş naziri Benyamin Netanyahu daxil olmaqla, İsraildə heç kim bu suala cavab vermir.

Bir tərəfdən, İsrail müəyyən dərəcədə “Hizbullah”a dair öz “qırmızı xətlər”ini qorumağa çalışır. “Hizbullah”a hər hansı (təyyarə əleyhinə raketlər, ilk növbədə, “Yaxont P-800” və kimyəvi silah daxil olmaqla) silah transferinin qarşısını almaq üçün o, nə lazımdırsa edəcək, çünki bu, güc tarazlığını poza bilər. Digər tərəfdən, aydındır ki, İsrail ruslarla qarşıdurmada maraqlı deyil.

Hər dəfə bu məsələ səslənəndə, bəzi İsrail generalları yumoristik cavabla kifayətlənirlər: "Bilirsiniz 800 kiloqramlıq ayı hansı ağacın altında gizlənib?" Məhz buna görə İsrailin ABŞ-a ehtiyacı indi həmişəkindən daha çoxdur. Təl-Əviv ümid edir ki, Tramp Putinə meşənin şahı – hakim kimi Suriyada rahat gəzib-dolaşmasının qarşısını alacaq.

Suriyanın şimalına enən elit ABŞ qüvvələrinin indi qiyamçılar və kürdlərə kömək etməsi Netanyahunu çox ümidləndirir.

Bu ilin fevral ayında, Vaşinqtonda Netanyahu əmin idi ki, Tramp Fələstin məsələsinə toxunmayacaq, (İsrailin xeyrinə) Suriyaİran məsələsinə köklənəcək. Bu günə qədər vəziyyət tam tərs idi. Baş nazir Trampı Fələstin cəbhəsində sakitliyin olduğuna inandırmaqla, onun diqqətini Suriyaya yönəltməyə çalışdı. Lakin indi uğur şansı o qədər kiçikdir ki, Netanyahu növbədənkənar seçkilərə getməyə üstünlük verir.(Tərcümə: Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar