Cümə, 22 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

İsrail Qəzza zolağını atəşə tutub


İsrail hərbçiləri Qəzza zolağını atəşə tutub


APA-nın məlumatına görə, bu barədə İsrail müdafiə ordusunun “Tvitter”ində məlumat yayılıb. Məlumata əsasən, İsrail ordusunun tankı Qəzza zolağının cənub hissəsində HƏMAS-ın iki hərbi postunu atəşə tutub.

Ölən və yaralananlar barədə məlumat verilmir.

Qeyd edək ki, ABŞ-ın İsraildəki səfirliyi mayın 14-də Təl-Əvivdən Qüdsə köçürülüb. Bu, həm də İsrail dövlətinin yaradılmasının 70-ci ildönümünə təsadüf edib. Fələstinlilər ABŞ səfirliyinin Qüdsə köçürülməsi və İsrail dövlətinin yaradılması ilə bağlı Qəzza sərhədində aksiya keçirib. İsrail hərbçilərinin aksiyaçıları atəşə tutması nəticəsində 61 fələstinli ölüb, 3000-dən çox fələstinli yaralanıb.

pia.az
Etiket:
loading...