Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail İrana qarşı F-35 qırıcısını tətbiq etdiyini açıqladı

İsrail dünyada ABŞ-ın “Lookheed Martin” şirkətinin istehsalı olan 5-ci nəsil F-35 Lightining II qırıcısını döyüş şəraitində tətbiq edən ölkədir


Bu barədə İsrail Hərbi Hava Qüvvələrinin komandanı Amikam Norkin bir sıra ölkələrin hərbi hava qüvvələri nümayəndələrinin iştirakı ilə keçirilən beynəlxalq konfransdakı çıxışında bildirib. 

Konfrans İsrail Hərbi Hava Qüvvələrinin 70 illiyinə həsr edilmişdi.

“Biz dünyada ilk dəfə F-35 qırıcılarını döyüş şəraitində hədəflərə hücum üçün tətbiq etmişik. Bu, iki müxtəlif cəbhədə baş verib. Bizim F-35 təyyarələri bütün Yaxın Şərq boyu qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində iştirak edir”-komandan deyib.

İsrail Hərbi Hava Qüvvələrinin komandanı F-35 qırıcılarının hansı hədəflərə qarşı tətbiq edildiyini açıqlamayıb. Amma şübhə yoxdur ki, söhbət mayın əvvəllərində İranla İsrail arasında baş vermiş ilk birbaşa hərbi toqquşmadan gedir. Həmin vaxt İran Suriya ərazisindən Golan təpələrində yerləşdirilmiş İsrail mövqelərinə “Uraqan” reaktiv yaylım atəşi sistemindən zərbələr endirib. Amikom Norkin İsrail mövqelərinə 32 raket atıldığını bildirib. Generalın sözlərinə görə, buna cavab olaraq İsrail Suriya ərazisində İrana aid onlarla hədəfi vurub, o cümlədən Suriyanın havadan müdafiə sistemlərinə zərbə endirib.



Bundan əvvəl Yaxın Şərq mənbələri İsrailin F-35 qırıcılarını İrana qarşı tətbiq etdiyi, hətta bu qırıcıların İran üzərində uçuşlar keçirərək geri döndüyü haqda xəbərlər yaymışdı.(Virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Ən çox oxunanalar