Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İspaniyada Balkan yelləri – ölkə Yuqoslaviyanın gününə düşə bilər

Kataloniya böhranı 10 gündən çoxdur ki Avropa gündəmini həbs edib


SSRİ dağıldıqdan sonra bir neçə hissəyə ayrılan keçmiş Varşava blokuna daxil olan ölkələrindən sonra eyni parçalanma təhlükəsi demokratik Avropanı gözləyir.

Burada ilk olaraq ağıla, sözsüz ki, İspaniya və onun muxtar əyalətləri gəlir.

Avropa siyasətçiləri və ekspertləri vaxtilə Yuqoslaviyanın qanlı parçalanma ssenarisinin İspaniyada baş verəcəyi əndişəsini yaşayırlar.

ABŞ-ın qeyri-hökumətitəşkilatı sayılan “Beynəlxalq Respublika İnstitutu”nun Avropa proqramının rəhbəri Tibo Müzerges Fransanın “Le Monde” qəzetinə verdiyi ekspert rəyində bu mövzuya toxunub.

Müzerges Kataloniya məsələsinin Yuqoslaviyadakı müharibənin başlanğıcını xatırlatmaqla bunun Avropa Birliyinin və onun üzv dövlətlərinin suverenliyini təhdid etdiyini söyləyib.

“Oktyabrın 10-da Kataloniya jeneralitetinin (əyalət-red.) rəhbəri Karles Puçdemon riyakarcasına müstəqillik haqqında bəyannamənin elan olunmasını dayandıraraq guya dialoq üçün qapıların bağlanmadığını desə də, bütün bunlar Avropada, 25 il bundan əvvəlki kabusun geri qaytdığını xəbər verir. Həmin vaxtlarda da Avropa Balkanlarda böyük münaqişənin yaranmasına əngəl törətməkdə aciz qalmışdı”, - Müzerges yazır.

Müəllif 25 il kimi böyük bir müddətin keçməsinə rəğmən hadisələrin eyni ssenari üzrə hərəkət etdiyini düşünür:

“Elə 1991-ci ildə də XorvatiyaYuqoslaviyadan birtərəfli qaydada müstəqillik haqqında bəyannaməsini ilkin dövrdə dayandırmışdı. Lakin sonradan Yuqoslaviyada hər kəs birdən-birə dəliliyə qapıldı və bununla da bölgədə 10 il davam edən qanlı müharibə və zorakılıqların əsası qoyuldu”.

Müzerges eyni fəlakət ssenarisinin İspaniyada baş tutmayacağını iddia edənlərin ciddi şəkildə yanıldığını qeyd edir.

“Yuqoslaviyada heç kim döyüşlər başlayana qədər 1970-ci illərdən bəri milli, siyasi və iqtisadi zəmində getdikcə artan böhranın ölkənin parçalanmasına gətirib çıxaracağını düşünmürdü”,- ekspert bildirir.

Müzerges İspaniyadakı situasiyanın Yuqoslaviyadakından fərqli xüsusiyyətlərinin mövcud olduğunu da etiraf edib. Bunların başında heç şübhəsiz kommunist diktaturası altında yaşayan Balkan respublikasından fərqli olaraq İspaniyanın sivil və demokratik dövlət olmasıdır.

“Lakin hər iki münaqişədə toqquşma nöqtələrinin çoxluğu hamımızı düşündürməlidir”,- müəllif yazaraq davam edir:

“Milli xüsusiyyətlərin qorunması hissi iqtisadi böhranın da təsiri ilə ispan gəncliyinin radikallaşmasına gətirib çıxarıb. Eyni proses millətçiliyi kommunizm xəstəliyindən qurtulmaq üçün dərman olaraq görən Yuqoslaviya gəncliyində də baş vermişdi. Beləliklə, İspaniyanın Balkanlaşdırılması tamamilə realdır”.

Müəllif İspaniyadakı proseslərin həll edilməməsi halında böhranın onun hüdudları daxilində qalmayacağına və nəticədə Avropa Birliyinin parçalanmasına gətirib çıxaracağına əminliyini ifadə edir:

“Dövlətlərin özünə inamlarının itirdiyi bir dünyada, özü də Rusiyanın Avropanı parçalamaq istədiyi bir məqamda İspaniyadakı 
xəstəliyin Avropanın digər hissələrinə yayılmayacağına kim təminat verə bilər. Avropa İttifaqının hər bir üzvünün bu birlik layihəsindəki marağı olduqca aydın idi. Buna görə üzv dövlətlər öz aralarında sərhədləri ləğv edərkən onların sabitliyinin qorunması, habelə rifah və səadət içində yaşamaq naminə suverenliklərin bir hissəsini qurban etdilər. Əgər Avropa üzv ölkələrin hüdudlarının sabitliyini təmin etməyə qadir olmasa bu dövlətlərin daha Birlikdə qalmaq üçün heç bir marağı olmayacaq. Belə bir təminatın yoxluğunda onlar öz suverenliklərini əvvəlki formada bərpa edəcəklər ki, bu da Avropa İttifaqının sonu deməkdir”.

Bütün bu əsası gətirərək Müzerges yekunda Kataloniyada təkcə İspaniyanın deyil, Avropa İttifaqının da gələcəyinin həll olunduğunu yazıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar