İspaniya Futbol Federasiyasının prezidenti Anxel Mariya Vilyar və oğlu Qorkanı ölkə polisi saxlayıb
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna federasiya rəsmisinin korrupsiya əməlləri səbəb olub.
O və oğlu korrupsiya fəalliyyətində, sənədlərin saxtalaşdırılmasında və qanunsuz mənimsəmədə şübhəli bilinirlər.
Qeyd edək ki, Vilyar 1988-ci ildən İspaniya Futbol Federasiyasının prezidentidir. O, həmçinin FİFA-nın vitse-prezidentidir.
pia.az